Təhsil 365 - Logo Mobile

Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO

1922.10.2024 - 15:40
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO

Oktyabrın 22-də Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun nümayəndə heyəti Qarabağ Universitetinin tələbələri ilə görüşüb. 

Tehsil365 xəbər verir ki, üquqşünaslıq, tarix və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşün əsas məqsədi birgə tədbirlərin təşkili və gələcəkdə prokurorluq orqanlarında çalışmaq istəyən gənclərin təhsilinə dəstək verilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə rəhbərliyi tərəfindən universitet qarşısında qoyulan prioritetləri diqqətə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin inkişafını təmin etmək məqsədilə faydalı tərəfdaşlıqlar yaratmaq universitetin məqsədləri sırasındadır və bu istiqamətdə Baş Prokurorluqla əməkdaşlıq olduqca əhəmiyyətlidir. 

Görüşdə iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hüquq təhsilinin inkişafı təşəbbüsləri mövzusunda çıxış edib. Aparat rəhbəri bildirib ki, hüquq sahəsi daim inkişafdadır. Bu inkişafdan irəli gələn tələblərə və yeniliklərə adaptasiya olmaq vacibdir. Mətin Kərimli vurğulayıb ki, peşəkar mütəxəssis olmaq üçün tələbələr elmi-nəzəri biliklərlə yanaşı, müvafiq kommunikasiya bacarıqlarına da yiyələnməlidirlər.  

Çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov karyera imkanları və elmi araşdırmalar üçün əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb. İdarə rəisi diqqətə çatdırıb ki, tələbələrin prokurorluq orqanlarında təcrübə keçmələri və ictimai köməkçi institutlarında iştirakları təmin edilir. Tural Aslanov əlavə edib ki, növbəti tədris illərində Qarabağ Universitetinin tələbələri üçün də bu prosesin təşkili nəzərdə tutula bilər.  

Görüş sual-cavab formatında davam etdirilib, tələbələrin fikirləri dinlənilib. 

Sonra Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə Baş Prokurorluğun struktur bölmələri və tabe prokurorluqlarda Qarabağ Universitetinin tələbələri üçün təcrübə və karyera imkanları, prokurorluq əməkdaşları tərəfindən tələbələrə seminar, vebinar və təlimlərin keçirilməsi, aktual mövzular üzrə birgə elmi-tədqiqat işlərin həyata keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40