Təhsil 365 - Logo Mobile

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR

3322.10.2024 - 16:00
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Pedaqogika və Psixologiya kafedrası
tərəfindən təşkil olunan "İnklüziya" adlı rəsm-satış sərgisi geniş maraqla qarşılanıb.

Tehsil365 xəbər verir ki, 2024-cü ilin "Yaşıldünya naminə həmrəylik ili"nə həsr olunan sərgidə tələbələrin inklüziv cəmiyyət mövzusunda, hazırladıqları əl işləri nümayiş etdirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, məktəb direktorları, müəllimlər, ziyalılar, Qazilər və media nümayəndələri iştirak edib.
Universitetin rektor əvəzi tədris işləri üzrə prorektor Üzeyir Zeynalov sərginin açılışında çıxış edərək, tələbələrin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin əl işlərinin təkcə estetik dəyərə malik olmadığını, həmçinin cəmiyyət üçün dərin sosial mesajlar daşıdığını qeyd edən Üzeyir Zeynalov tələbələrin inklüziya mövzusunu incəsənət vasitəsilə uğurla əks etdirdiklərini qeyd edərək, bu kimi tədbirlərin tələbələrin şəxsi və sosial inkişafına mühüm təsir göstərdiyini bildirib.
Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova sərginin təhsildə inklüziv dəyərlərin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. S. Həsənova tələbələrin yaradıcılıq işlərinin sosial məsuliyyət hissini əks etdirdiyini və bu cür tədbirlərin onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmalarına dəstək olduğunu qeyd edib. Sektor müdiri belə layihələrin təhsil müəssisələrində daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayaraq, tələbələrə uğurlar arzulayıb.
Pedaqogika və Psixologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərəh Cəlil sərginin təşkil olunmasında əsas məqsədləri açıqlayaraq, tələbələrin inklüziya və sosial məsuliyyət mövzularında yüksək bacarıq nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib. Fərəh Cəlil qeyd edib ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, onların cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına da bilavasitə yardımçı olur.
Sərgidə tələbələrin hazırladığı rəsm əsərləri və müxtəlif əl işləri qonaqlar tərəfindən maraqla qarşılandı.
Tədbir iştirakçıları sərgiyə ianələr edərək inklüziya mövzusuna dəstək nümayiş etdirdilər. Tədbir ağacəkmə aksiyası ilə yekunlaşıb. Sərgi şəhər ictimaiyyəti və təhsil işçiləri tərəfindən yüksək qiymətləndirildi və tələbələrin yaradıcılıq potensialını ortaya çıxarmaqla yanaşı, onların sosial məsuliyyətli vətəndaşlar kimi yetişməsinə də böyük töhfə verəcək.

Elmina Muxtarlı

Xəbər Lenti

Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI13.01.2025 - 14:40
Rəsədxana: Geomaqnit qasırğası gözlənilmir13.01.2025 - 14:20
Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq13.01.2025 - 14:00
Bakalavrlar Azərbaycan Universitetinin Məsləhət Mərkəzinə müraciət edə bilərlər13.01.2025 - 13:40
UNEC “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub - FOTO13.01.2025 - 13:20
“Magistr” jurnalının 2-ci sayı dərc edilib13.01.2025 - 13:00
Bakı Dövlət Universitetinin sabiq prorektoru vəfat edib13.01.2025 - 12:40
Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq fənn olimpiadasında iştirak edir13.01.2025 - 12:20
DİM taksi və yük maşını sürücüləri üçün imtahan keçirəcək13.01.2025 - 12:00
Bu il 27 məktəbin təmir və tikintisinin başa çatdırılacaq13.01.2025 - 11:40
UFAZ-da Yaşıl kimya hakatonu keçirilib - FOTO13.01.2025 - 11:20
Türk professor Zəngəzur dəhlizi ilə bağlı kitab YAZDI13.01.2025 - 11:00
Bu universitetin mətbuat katibi vəzifəsindən getdi13.01.2025 - 10:40
Bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır13.01.2025 - 10:20
Sabah qar yağacaq13.01.2025 - 10:00
Goranboyda iki bacı tüstüdən zəhərlənib13.01.2025 - 09:40
UNEC-də keçirilən auditin nəticələrini açıqlanıb13.01.2025 - 09:20
Dövlət orqanlarına daxili müsahibə elan edilir13.01.2025 - 09:00
Nəzrin Mənsurlu ADA Universitetinin məzunu imiş13.01.2025 - 08:40
Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı ilə bağlı tədqiqatlar nəşr edilib13.01.2025 - 08:20
Fəlsəfə doktoru olmaq istəyənlərin nəzərinə13.01.2025 - 08:00
İmtahanlara cəlb edilən zal nəzarətçiləri üçün təlimlər keçirilir13.01.2025 - 07:40
Təhsilin İnkişafı Fondu auditor seçir13.01.2025 - 07:20
Azyaşlı qız 14 gün sonra komadan ayıldı13.01.2025 - 07:00
22 yaşlı gənc intihar edib13.01.2025 - 06:40
Suriyada yeni hökumət təhsili pulsuz etməyə hazırlaşır13.01.2025 - 06:20
Bu gün hava necə olacaq? - PROQNOZ13.01.2025 - 06:00
Bağırsaq xərçəngi riskini azaldan qida12.01.2025 - 17:55
Uşaq bağçalarında ingilis dilinin tədrisi qadağan edildi12.01.2025 - 17:25
Epilepsiyanın beyin sağlamlığını necə məhv etdiyi müəyyən olunub12.01.2025 - 16:50
UNEC-in ETSN əməkdaşları üçün keçdiyi sertifikat təlimləri uğurla yekunlaşdı12.01.2025 - 16:15
Şabranda Erkən Tunc dövrünə aid tarixi nümunələr tapıldı12.01.2025 - 15:10
"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb12.01.2025 - 14:30
Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar12.01.2025 - 14:10
Meksikada güclü zəlzələ oldu12.01.2025 - 13:05
Dumana görə yollarda görmə MƏHDUDLAŞACAQ12.01.2025 - 12:45
İlin boksçusu bəlli oldu12.01.2025 - 12:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir12.01.2025 - 12:20
Türkiyədə pulsuz təhsil almaq istəyənlərin nəzərinə: qeydiyyat başlayıb12.01.2025 - 11:55
Məktəblərin 88 %-i DAĞIDILIB12.01.2025 - 11:30
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb12.01.2025 - 11:05
“SpaceX” daşıyıcı raketin yeddinci sınaq buraxılışını təxirə salıb12.01.2025 - 10:40
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: sağ qalan sərnişin ilk dəfə açıqladı - VİDEO12.01.2025 - 10:15
Burun əməliyyatından sonra komaya düşən Nəzrin vəfat etdi12.01.2025 - 09:50
Həftənin ilk günü hava necə olacaq?12.01.2025 - 09:25
BDU-nun dosenti vəfat etdi12.01.2025 - 09:00
Alimlər: 6 milyarda yaxın insanın həyatı təhlükədədir12.01.2025 - 08:35
8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA12.01.2025 - 08:10