Çilinin paytaxtı Santyaqoda internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində azı 35 şagird xəsarət alıb.
Tehsil365 xəbər verir ki, bu barədə “Bio Bio” radiostansiyası məlumat yayıb.
Hadisə məktəbin sanitar qovşağında “Molotov kokteyli” hazırlayarkən baş verib. Ehtiyatsız davranma səbəbindən partlayış, ardınca isə yanğın olub.
Xəstəxanaya yerləşdirilən 11 şagirdin vəziyyəti ağırdır. Onların yaşı 15-18 arasında dəyişir.
Səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparır.