“Bağçalarda diaqnostikanın əsas məqsədi sertifikasiyaya hazırlıqdır".
Tehsil365 xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi 2014-2015-ci illərdə ümumitəhsil müəssisələrində keçirdiyimiz diaqnostikaya yaxın məntiqli bir prosesdir:
"Biz ilk növbədə anlamalıyıq ki, uşaq bağçalarında vəziyyət nə yerdədir. Bundan sonra ölçmə alətlərimizi hazırlaya bilərik. Diaqnostikanın əsas məqsədi sertifikasiyaya hazırlıqdır.
Bağçalarda ümumilikdə diaqnostikadan qənaətbəxş nəticə göstərmiş və təkmilləşməyə ehtiyacı olan tərbiyəçilər işləyirlər. Onu qeyd edə bilərəm ki, bağçalarda görəcəyimiz işin həcmi çox genişdir”,- deyə nazir qeyd edib.