Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 3 noyabr 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.
Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Noyabrın 3-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə keçiriləcək.