Oktyabr ayında “eTwinning” layihəsi çərçivəsində Qəbələ və Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərində pedaqoji heyətlə bir sıra görüşlər təşkil edilib. Görüşlərin keçirilməsində əsas məqsəd peşə təhsil müəssisələrində layihə əsaslı tədrisin təşkili və şagirdyönümlü dərs modelinin yaradılması, eləcə də onlayn peşəkar inkişaf imkanlarından yararlanmaq barədə müəllimləri məlumatlandırmaq olub.
Tehsil365 “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, layihə səfirləri rəqəmsal mühitdə tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və kompüter elmləri ilə kodlaşdırma sahəsində biliklərin artırılması mövzuları haqqında ətraflı məlumat veriblər. Eyni zamanda onlayn mühitdə şagird təhlükəsizliyinin təmin olunması mövzusu müzakirə edilib.
Növbəti mərhələdə müəllimlərin platforma üzrə iş təlimlərinə cəlb edilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində ortaq dərs modellərinin qurulması nəzərdə tutulur.