Təhsil 365 - Logo Mobile

ARKA – Azərbaycan kinosunda yeni etap

5230.10.2024 - 14:40
ARKA – Azərbaycan kinosunda yeni etap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2022-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) publik hüquqi şəxsi iki illik fəaliyyəti zamanı islahat xarakterli bir sıra addımlarla kino sahəsini dirçəldəcək uğurlara imza atıb.  Dövlət başçısının fərmanında nəzərdə tutulan “Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi” istiqamətində təxirəsalınmadan başlanan işlər artıq özünün müsbət nəticələrini göstərməkdədir. İki il ərzində görülən işləri konkret faktların dili ilə geniş ictimaiyyətin diqqətinə çatdırmaq istərdik.

Əvvəla onu qeyd edək ki, ARKA-nın yaranması ilə Azərbaycan kino istehsalında böyük həcmdə sıçrayışlar müşahidə edilir. ARKA-nın yarandığı və müsabiqələrə start verdiyi zamandan etibarən 40 film-layihənin seçilməsinə və çəkilişlərinə başlanılmasına nail olunub ki, bu fakt Azərbaycan kinosunun daha əvvəlki yüksəliş xəttinin və imicinin bərpası yolunda ən mütərəqqi addımlardan hesab oluna bilər. Sirr deyil ki, Azərbaycan tamaşaçısı keçmiş filmlərimizin nostalgiyası ilə yaşayır və onların ciddi, komediya, tragikomediya və s. şəklində daha da intellektli ardıcıllığının bərpa olunmasını arzulayır. Hazırda ARKA-nın gerçəkləşdirdiyi layihələr hesabına məhz bu tələbat ödənilir. Bütövlükdə bu filmlərin istehsalına 4.739.661 AZN vəsait ayrılıb.  Amma kino sənayesində illər ərzində buraxılan boşluqları asanlıqla doldurmaq da mümkün deyil. Şübhəsiz ki, yeni dövr, yeni reallıqlar, ənənələrin baza prinsiplərini yaşada-yaşada yenilənmiş dünya kinosunun ştrixlərini ekran işlərinə əlavə etmək bir qədər zaman almış olur. Onun üçün kino cameəsinin də öz işlərinə qeyd etdiyimiz kontekstlər prizmasından dəyər verməsi və onların da ARKA-nın addımlarına ölkəmizin adı və beynəlxalq nüfuzunu dərk etməklə dəstək olmaları son dərəcə vacib məqamlardandır. Biz filmlərimizdə tariximizi də işıqlandırmalı, bu günümüzün də tarixini əks etdirməliyik ki, həm beynəlxalq festivallara və digər tədbirlərin meydanlarına çıxa bilək, həm də gələcəyin azərbaycanlılarına dəyərlərimizi və sivil xalq olduğumuzu çatdıraq. Çatdıraq ki, onlar da estafeti qəbul edəndə bu məsuliyyət yükünün fərqində olmağın vacibliyini ciddi şəkildə anlasınlar.

ARKA-nın dəstək verməyə başladığı, çəkiliş və ya post-prodakşn mərhələlərində olan film-layihələrə diqqət etdikdə sıranı müxtəlif janrlarda tammetrajlı, qısametrajlı bədii, sənədli və s. filmlərin doldurduğunu görürük. 15 bədii, 9 sənədli, 14 bədii-sənədli, 2 animasiya, 12 tələbə filminin çəkilişləri ilə başlayan və artıq bir qismi sona çatan proseslər uğurlu nəticələrdən xəbər verir.

ARKA-nın fəaliyyət istiqamətlərində tələbələrin diplom layihələrinin maliyyələşdirilməsi də xüsusi çəkiyə malikdir. Belə ki, 12 tələbə filmlərindən ibarət kinoalmanaxa 167.000 AZN  dəstək verilməsi Azərbaycan kino sənətinin tarixində bir ilk olmaqla yanaşı, həm də gələcəyin kino industriyasının inkişafına təkan, tələbə-gənclərin həvəslənməsinə isə xüsusi töhfədir.

Onu da qeyd edək ki, kinonun böyük təbliğat vasitəsi olduğunu nəzərə alan ARKA rəhbərliyinin Azərbaycan kinosunun inkişafı ilə bağlı gördüyü işlər yalnız məhəlli xarakter daşımır. Qurum Azərbaycan kinosunu beynəlxalq festivallara çıxarır, dünyanın nüfuzlu film-festivalları vasitəsilə kinomuzu və təbii ki, həm də bu kinoları ərsəyə gətirən xalqın mədəniyyətini, paralel olaraq dövlətini tanıdır. Bu minvalla atılan addımların yalnız kiçik bir qismini qeyd etməklə Agentliyin fəaliyyətinin hansı kino sferalarına ayaq açdığına aydınlıq gətirək. Son günlərdə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən, ssenarist Orxan Fikrətoğlunun Tacikistanda keçirilən 2-ci “Tocik Somon” Milli Kino Mükafatının təqdimetmə mərasimində münsiflər heyətində təmsil olunması, 81-ci Venesiya festivalında ARKA-nın 3 Azərbaycan filmi ilə iştirakı, XV Bakı Beynəlxalq Film Festivalının keçirilməsi, ARKA-nın Audivizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadənin 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri seçilməsi, eləcə də ARKA-nın TRT Belgesel kimi nüfuzlu qurumla əməkdaşlığa başlaması və onlarla belə faktlar Agentliyin üzərinə qoyulmuş missiyanı uğurla davam etdirdiyinin əyani göstəricisidir.

ARKA həmçinin qeyd etdiyimiz kimi kinomuzun müasirləşməsi istiqamətində də fəaliyyətini davam etdirir. Kinoda prodüser institutunun inkişafına xüsusi önəm verən qurum artıq öz işini kino istehsalçısı yox, operator qismində qurub. Agentlik həmçinin animasiya filmləri və game-lərə də yatırımlar edir.

Elmina Muxtarlı

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20