Özəl uşaq müəssisələrdə keyfiyyət aşağıdır.
Tehsil365 xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicra Hüseynova bildirib.
H.Hüseynova qeyd edib ki, bununla bağlı valideynlərdən müraciətlər daxil olur:
"Mediada bu barədə məlumatalara rast gəlinir. Kadrların qeyri-peşəkarlığı uşaqların hüquqlarının pozulması hallarına səbəb olur. Artıq qeyri-dövlət uşaq müəssisələrində də monitorinq ediləcək, monitorinq 18 yaşa qədər hər kəsə şamil ediləcək".