İranın şimalında Gərmsar şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Tehsil365 xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı qeyd edilib. Agentlik həmçinin bildirib ki, zəlzələ nəticəsində şəhərdə bəzi abonentlərin işığı və interneti kəsilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təxminən 49,4 min insanın yaşadığı Gərmsardan 5 km şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib.