İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub.
Tehsil365 xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” hesabında məlumat yayıb.
“Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik. Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”.