“Mən çox təsirləndim, hətta bir azda kövrəldim. Çox məmnun qaldım. Ola bilər ki, bundanda möhtəşəm hazırlıqlı bir saraylarda tədbirlər olur, ama mənəvi rahatlığı almaq mümkün olmur oradan. Çünki burda bir səmimiyyət var”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında ifaçı Nadir Bayramlı deyib.
İfaçı qeyd edib ki, biz daim Ülkər xanımın yaradıcılığına müraciət edirik.
“Həqiqətəndə Ülkər xanımın həyat və yaradıcılığından biz bilmədiklərimizi öyrəndik. Mən Ülkər xanıma möhkəm can sağlığı arzu edirəm. Bilsin ki, biz onu çox istəyirik, çox sevirik və onun yaradıcılığından hər zaman maraqlanmağa borcluyuq. O daim qəlbindən gələni deyir, çatdırır insanlara. Bir daha uğurlar arzu edirəm, Bugünki tədbiri hazırlamış və əməyi keçən hər kəsə çox çox təşəkkürümü bildirirəm”.