Təhsil 365 - Logo Mobile

AzMİU-da iqlim dəyişikliyi ilə bağlı tələbələrə təlim keçirilib - FOTO

3505.11.2024 - 11:20
AzMİU-da iqlim dəyişikliyi ilə bağlı tələbələrə təlim keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “İqlim
dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlim təşkil olunub.

Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.
Təlim Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə baş tutub və menecment, biznesin idarə edilməsi və digər ixtisaslar üzrə təhsil alan tələbələr, gənc müəllimlər və doktorantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov təlimin əhəmiyyətini vurğulayaraq bildirib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Bakıda keçirilməsi belə tədbirlərin zəruriliyini artırır.

Daha sonra kafedra müdiri professor Məhəbbət Məmmədov və fakültə dekanı dosent Turan Aslanova iqlim dəyişikliyinin təsirləri və yaşıl enerji keçid mövzusunda çıxış edərək iştirakçıları məlumatlandırıblar.
Çıxışlarda COP29-un Azərbaycanda keçirilməsinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Təlimin əsas təqdimatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyn edib. O, “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda danışaraq, ölkəmizin sosial- iqtisadi inkişafı üzrə “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində atılan addımları diqqətə çatdırıb. Ölkəmizin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı hədəflədiyini vurğulayıb və qlobal istixana qazı emissiyalarında cəmi 0,1 faiz pay sahibi olmasına baxmayaraq, iqlim dəyişikliyi ilə bağlı aktiv tədbirlər gördüyünü qeyd edib.
Ramil Hüseyn Azərbaycanın “yaşıl enerji” layihələrini dəstəklədiyini və “Xəzər- Qara dəniz-Avropa” yaşıl enerji dəhlizində fəal iştirak edərək bu sahədə qlobal oyunçuya çevrildiyini bildirib. Onun çıxışından sonra tələbələrlə iqlim dəyişikliyi və yaşıl enerji haqqında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Gənclərdə “yaşıl düşüncə” və ekoloji məsuliyyətli həyat tərzinin formalaşmasına dəstək olmaq məqsədilə real nümunələr göstərilib.
Təlimin sonunda, mövzu üzrə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. Bu təlim, tələbələrə ekoloji biliklər qazandırmaq və yaşıl enerjiyə keçid sahəsində praktiki biliklər vermək baxımından xüsusi önəm kəsb edib.

Aydan Ələkbərova

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20