Təhsil 365 - Logo Mobile

Tələbələrin buraxılış işləri beynəlxalq müsabiqədə QALİB OLDU - FOTO

1905.11.2024 - 12:00
Tələbələrin buraxılış işləri beynəlxalq müsabiqədə QALİB OLDU - FOTO

Rusiyanın Yekaterinburq şəhərində buraxılış işlərinin XXXIII Beynəlxalq baxış-müsabiqəsi (MOOSAO) keçirilib.

Tehsil365 xəbər verir ki, beynəlxalq müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələrində təhsil alan tələbələrinin seçmə buraxılış işləri də yer alıb. Bu il keçirilən baxış-müsabiqədə, 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub. 

Müsabiqədə AzMiU-nu Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev təmsil ediblər.AzMİU tərəfindən seçilmiş ən yaxşı buraxılış işləri beynəlxalq jüri heyətinə təqdim olunub.

Yarışmanın nəticələrinə əsasən, memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlara layiq görülüb. Dizayn ixtisası üzrə isə 4 iş I dərəcəli və 3 iş II dərəcəli diplomlarla təltif olunub. Bundan əlavə, 9 iş fərqlənmə diplomları ilə mükafatlandırılıb ki, bu da AzMİU tələbələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun bu baxış-müsabiqəyə qatılmaq ənənəsi artıq uzun illərə dayanır. Müsabiqənin əsası keçən əsrin 60-cı illərinə təsadüf edir və 60-a yaxın ali təhsil müəssisəsini bir araya gətirərək, beynəlxalq səviyyədə təcrübə mübadiləsi üçün mühüm platforma yaradır. AzMİU-nun bu ənənəvi iştirakının məqsədi, tələbələrin beynəlxalq arenada öz bacarıqlarını sərgiləmək, müasir memarlıq və dizayn tendensiyalarını öyrənmək, eyni zamanda Azərbaycanın təhsil sahəsindəki uğurlarını dünyaya tanıtmaqdır.

Bildirək ki, beynəlxalq baxış-müsabiqədə tələbələrin qazandıqları nailiyyətlər, onların peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetin beynəlxalq nüfuzunu da artırır. Gələcəkdə AzMİU, tələbələrini bu kimi mühüm tədbirlərdə daha geniş iştirak etməyə və uğurlarını davam etdirməyə təşviq edir.

Aydan Ələkbərova

Xəbər Lenti

İlahiyyatçı Cəmil Musayev: "Allah belə bir dərdi heç bir millətin başına gətirməsin"26.12.2024 - 13:35
Təyyarəmizi Rusiya vurub - CALİBER26.12.2024 - 13:20
Bağçada işləyənlərin sertifikatlaşdırmasına dəyişiklik edilib26.12.2024 - 13:05
Sağ qalan sərnişinlər Aktaudan Azərbaycana yola salınır26.12.2024 - 12:50
Naxçıvan məktəblərində qəzada həlak olanlarla bağlı guşələr yaradılıb - FOTO26.12.2024 - 12:35
DİM imtahan keçirib26.12.2024 - 12:20
Qəzada sağ qalan 20 yaşlı Ayhan ali təhsil ALMAYIB26.12.2024 - 12:05
BMU-nun tələbə və məzunu Fəxri fərmanla təltif edilib26.12.2024 - 11:50
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub26.12.2024 - 11:35
Aktauda təyyarə qəzasından sağ çıxan sərnişin AZAL-ın stüardessasının cəsarətindən danışıb26.12.2024 - 11:20
UNEC dekabrda 20-yə yaxın xarici universitetlə yeni əməkdaşlıq əlaqəsi qurub26.12.2024 - 11:00
Humanitaryönümlü müəssisələr tərəfindən 13 mühüm elmi nəticə əldə edilib26.12.2024 - 10:45
Xəstəxanaya aparılarkən və orada ölən olmayıb26.12.2024 - 10:30
Vəfat edən şəxslərin tam SİYAHISI26.12.2024 - 10:20
Sabahın hava proqnozu açıqlanıb26.12.2024 - 10:15
Bəzi meyitlər tanınmaz haldadır26.12.2024 - 10:00
26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb26.12.2024 - 09:45
AzMİU və Yıldız Texniki Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO26.12.2024 - 09:30
Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək26.12.2024 - 09:15
Qəzadakı Səlihət 2 gün əvvəl məktəbdən çıxıbmış 26.12.2024 - 09:00
Hökümə Əliyevanın təhsil həyatı 26.12.2024 - 08:45
Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılır - FOTO26.12.2024 - 08:30
Xəzər dənizində yenə zəlzələ oldu26.12.2024 - 08:15
Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTOLAR26.12.2024 - 08:00
7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var26.12.2024 - 07:50
Bolnisi rayonunun Naxiduri kənd ictimai məktəbində Azərbaycan dili və ədəbiyyatı otağı açılıb - FOTO26.12.2024 - 07:35
İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb26.12.2024 - 07:20
Həlak olan gənc pilot Bakı Avropa Liseyinin məzunu OLUB26.12.2024 - 07:05
AzMİU tələbələri bu dəfə molbertin qarşısında dayanaraq İrəvana boylandılar26.12.2024 - 06:50
19 və 22 yaşlı bacı-qardaş qəzada həlak olublar26.12.2024 - 06:35
Suriyada iki universitetin adı dəyişdirilib26.12.2024 - 06:20
Azərbaycanda zəlzələ olub26.12.2024 - 06:05
13 yaşlı məktəbli də qəzada həlak olub - Foto26.12.2024 - 05:50
Bu gün Azərbaycanda matəm günüdür25.12.2024 - 20:05
Ayda “şəhər” salınacaq25.12.2024 - 19:50
Milli Kitabxanada Məmməd Aslanın 85 illiyi münasibətilə kitab sərgisi təşkil edilib25.12.2024 - 19:35
Azərbaycan-Qazaxıstan Elm və Təhsil Mərkəzi yaradılıb - FOTO25.12.2024 - 19:20
Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur25.12.2024 - 19:05
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə bu il 156 mindən çox müraciət daxil olub - FOTO25.12.2024 - 18:50
Cənazələr və xəsarət alanlar Bakıya nə vaxt gətiriləcək? - Rəsmi25.12.2024 - 18:35
Həlak olanlardan biri tələbə imiş25.12.2024 - 18:20
“Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılışı olub - FOTO25.12.2024 - 18:05
Matəm günü ilə bağlı mədəni-kütləvi tədbirlər təxirə salındı25.12.2024 - 17:50
“Ekipaj üzvlərindən ikisi həlak olub”25.12.2024 - 17:35
Qara qutu tapıldı!25.12.2024 - 17:20
Stüardessanın qardaşı danışdı - “Hələ müəyyən edə bilməyiblər”25.12.2024 - 17:05
Təyyarə qəzasında ölənlərin sayı açıqlandı25.12.2024 - 16:50
Yaralananlardan 11-nin vəziyyəti ağırdır25.12.2024 - 16:35