Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən “Tehsil365”ə bildirilib ki, vətəndaşlar 146-0-11 nömrəsinə zəng etməklə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.