Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin və direktor vəzifəsi səlahiyyətlərini icra edən Aynurə Soltanovanın təşkilatçılığıyla "Mənim atam qəhrəmandır" adlı konsert proqramı keçirilib. Tədbir şəhid övladlarına və Zəfər gününə həsr olunub.
Tehsil365 xəbər verir ki, Konsertdə Şəhid övladları, valideynləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri iştirak ediblər.
Şəhidlərin xatirəsininin anılması ilə başlayan konsert 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında rəngarəng musiqilər səsləndirilməsi ilə davam edib.
Şəhid övladlarına və valideynlərinə məktəbin rəhbərliyi tərəfindən Şəhidlərin fotoşəkli əks olnmuş portretlər hədiyyə olunub. Sonda xatirə şəkilləri çəkilib.