Təhsil 365 - Logo Mobile

Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqlənib

3807.11.2024 - 14:20
Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqlənib

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələblər təsdiqlənib.

Tehsil365 Report-a istinadən xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyasının qərar qəbul edib.

Yeni tələblər tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin yüksək texniki peşə təhsili verən peşə təhsili müəssisələrinə şamil ediləcək.

Qərarla həmçinin təhsil proqramlarının (ixtisasların) uyğunluğu tələb edilən hallar da müəyyənləşib.

Belə ki, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu “Təhsil haqqında” qanunun 20.3-2-ci, 21.5-ci və 26.4-cü maddələrinə uyğun olaraq aşağıdakı hallarda tələb olunacaq:

- peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsini və ya orta ixtisas təhsili pilləsini bitirməklə ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə keçid (bundan sonra –peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid);

- ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirməklə magistratura səviyyəsinə keçid (bundan sonra – magistratura səviyyəsinə keçid);

- ali təhsil pilləsinin əsas (baza ali) tibb təhsili səviyyəsini bitirməklə rezidentura səviyyəsinə keçid (bundan sonra – rezidentura səviyyəsinə keçid);

- ali təhsil pilləsinin magistratura (rezidentura) səviyyəsini bitirməklə fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə keçid (bundan sonra – doktorantura səviyyəsinə keçid).

Peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Magistratura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”na uyğun olaraq bakalavr ali peşə-ixtisas dərəcəsi almış şəxslərin magistratura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Rezidentura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”na uyğun olaraq həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin rezidentura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Doktorantura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq magistr ali elmi-ixtisas (həkim-mütəxəssis ali peşə-ixtisas) dərəcəsini almış şəxslərin fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

Kitablar zehni inkişaf etdirir və stressi azaldır16.11.2025 - 18:45
Bananın bilinməyən üstünlükləri haqqında maraqlı məlumat 16.11.2025 - 18:30
Soğanın gizli faydaları diqqət çəkir16.11.2025 - 18:15
İmran Muxtarov: "Azərbaycan regionda kosmos mərkəzi kimi rolunu gücləndirir"16.11.2025 - 18:00
"Abituriyentlər ixtisas seçimi öz maraqlarına uyğun etməlidirlər" - İlkin Məmmədkərimov16.11.2025 - 17:50
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"16.11.2025 - 17:37
Nazir müavini: "Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq"16.11.2025 - 17:17
Şans və zəhmət:uğurun 2 sütunu16.11.2025 - 17:15
Bakıda Qlobal Gənclər Sammiti keçirilib16.11.2025 - 17:00
Bakı Ali Neft Məktəbində Əqli Mülkiyyət hüquqlar mövzularında maarifləndirici sseminar təşkil olunub16.11.2025 - 17:00
"Bahar ayini" Bakı səhnəsində: Şərq və Qərb elementləri paytaxtda birləşdi16.11.2025 - 16:54
"Yang Liping Contemporary Dance" Bakı səhnəsində möhtəşəm çıxış etdi16.11.2025 - 16:48
İtaliyada yay vaxtının daimi edilməsi nəzərdə tutulur16.11.2025 - 16:37
"Telegram"da ilk hədiyyə hərracı keçirilib16.11.2025 - 16:25
“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq16.11.2025 - 16:17
ÜST: Yeni BMT-Azərbaycan əməkdaşlıq çərçivəsi rəqəmsal və innovativ həllərin vacibliyini vurğulayır16.11.2025 - 16:02
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək16.11.2025 - 16:00
Bakı Musiqi Akademiyasında “Üzeyir irsi - xor musiqisində” adlı konsert keçirilib16.11.2025 - 15:46
Əfqan Baxışov: Süni intellekt həlləri aviasiya sektorunun yeni mərhələyə keçidini təmin edir16.11.2025 - 15:37
Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir16.11.2025 - 15:23
Mingəçevir Dövlət Universitetində “Velopark - sağlam gənclik, yaşıl kampus” layihəsinin təqdimatı keçirilib16.11.2025 - 15:17
Telefonunuzdakı giriş yalnız şarj üçün deyilmiş: USB-C portunun 10 fərqli funksiyası16.11.2025 - 15:15
Azərbaycanlı alim Daşkənddə Orta Asiya Tarixçilərinin 2-ci Forumunda çıxış edib16.11.2025 - 15:03
Ən faydalı süd AÇIQLANDI: bu, inək südü deyil16.11.2025 - 15:00
Alim Qasımov Daşkənddə mükafatlandırıldı16.11.2025 - 14:45
"Telegram"da ilk hədiyyə hərracı keçirilib16.11.2025 - 14:25
"Arşın mal alan" Kanadada anşlaq yaratdı: Təbrizli sənətçilərin uğuru16.11.2025 - 14:10
“AI insanın işini əlindən almaq deyil, prosesi sürətləndirməkdir” — Elvin Həsənov16.11.2025 - 14:01
"Hələ də inana bilmirəm"16.11.2025 - 13:52
BSU-nun rektoru Varşavada dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın regional liderliyindən danışıb16.11.2025 - 13:42
Bakı Dövlət Universiteti ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub16.11.2025 - 13:27
“Sülh, güc və geosiyasət: Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda elmi konfrans keçirilib16.11.2025 - 13:14
Azərbaycanın idman tarixində ilk deflimpiya medalı qazanıldı16.11.2025 - 13:00
Avropa çempionu: Bu günə çox əzab-əziyyətlə gəldik16.11.2025 - 12:45
Prezident İlham Əliyev: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir16.11.2025 - 12:30
Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu16.11.2025 - 12:15
Bu qidalar bağırsaq xərçənginin düşmənidir16.11.2025 - 12:00
Azərbaycanın FIFA referisi İngiltərə millisinin oyununa təyinat alıb16.11.2025 - 11:45
"WhatsApp" istifadəçilərə dələduzlardan gələn mesajları müəyyən etməyin yolunu öyrətdi16.11.2025 - 11:30
“Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib16.11.2025 - 11:15
FHN uşaqlar üçün “açıq qapı” günü keçirdi16.11.2025 - 10:50
Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır16.11.2025 - 10:36
Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı 16.11.2025 - 10:25
Sabahın hava proqnozu açıqlanıb16.11.2025 - 10:10
ABŞ-də vəfat etmiş qohumlarla "söhbət etməyə" imkan verən tətbiq yaradılıb16.11.2025 - 09:55
“OpenAI” “ChatGPT”də qrup söhbətlərini sınaqdan keçirir16.11.2025 - 09:40
BANM-in tələbəsi Onur Aşurlu SOCAR-ın rəsm müsabiqəsində II yer tutdu16.11.2025 - 09:30
Gün ərzində neçə stəkan kofe içmək olar16.11.2025 - 09:25