Təhsil 365 - Logo Mobile

DİM sədri 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb

3007.11.2024 - 15:40
DİM sədri 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb

7 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin rəhbərliyi 44 günlük Vətən müharibəsində iştirak edən DİM əməkdaşları ilə görüşüb.

DİM-dən “Tehsil365”ə bildirilib ki, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində çalışan əməkdaşlar görüşə onlayn qoşulub.

Görüşün əvvəlində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, ikinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Bu tarixi qələbəni bizə yaşadan Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, rəşadətli Azərbaycan ordusuna minnətdarıq. Sədr qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, Dövlət İmtahan Mərkəzinin döyüşlərdə xüsusi fərqlənən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla təltif olunduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlar çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Görüşün sonunda sədr əməkdaşlara birdəfəlik pul mükafatının ayrılması haqqında məlumat verib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Vətən müharibəsində iştirak edən DİM əməkdaşlarının siyahı və təltif olunduqları medallar:

1. Bədəlov Məhərrəm Əbülfət oğlu, baş leytenant, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

2. Rzayev İmaməli Əli oğlu, baş leytenant, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

3. İsmayılov Rafiq İsmayıl oğlu, "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə",  "Şuşanın azad olunmasına" görə medalları ilə təltif olunub.

4. Talıbov Mahir Tahiroviç, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

5. Hüseynzadə Fuad Yaşar oğlu, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

6. Səfərov Kamran Hikmət oğlu, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

7. Eminli Qədir Fərhad oğlu, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Dövlət İmtahan Mərkəzi adından 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anır, qazilərimizə cansağlığı arzulayırıq.

Zəfərin mübarək, Azərbaycan!

Aydan Ələkbərova

Xəbər Lenti

2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb12.03.2026 - 19:57
Sabahın hava proqnozu açıqlanıb12.03.2026 - 19:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 19:45
Finlandiyada diaspor təşkilatları barədə məlumat təqdim olunub12.03.2026 - 19:40
Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb12.03.2026 - 19:32
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06