Təhsil 365 - Logo Mobile

Tanınmış pedaqoq Sona Çərkəzin yeni kitabı işiq üzü görüb

5612.11.2024 - 14:20
Tanınmış pedaqoq Sona Çərkəzin yeni kitabı işiq üzü görüb

Bu kitabda yaşadığı illər ərzində bir an belə özünü düşünmədən övladlarının, nəvələrinin zəhmətini-yükünü çəkərək qələmi ilə bölüşən Sona xanımı və Çərkəz müəllimi yaxından tanıyan dostlarının, iş yoldaşlarının, hətta özünü tanımaq şansı olmadan yaxşılıqlarını görmüş, həyatlarına öz xeyirxah əməlləri ilə toxunmuş insanların Çərkəz müəllimə və onu əbədi ölümsüzlük dastanına çevirən Sona xanımın sədaqətinə, dözümünə həsr edilmiş dost yazıları, həmçinin Çərkəz müəllimsiz keçirilən yubileylərdə iştirak edənlərin təsirli çıxışları və ötən otuz ilin ağrı-acısını qələminə söyləyən Sona xanımın şeirlərindən bəziləri yer alıb.

Bu kitab hələ on yaşı tamam olmamış 1949-cu ilin oktyabrında Qərbi Azərbaycanın Dərələyəz bölgəsindən Saatlıya, 1969-cu ilin oktyabrında isə Saatlıdan Bakıya köçüb gələn və elə ilk günlərdən Bakı Dövlət Universitetində elmlə məşğul olan, qeyri-adi sadə, alicənab, gözü-könlü tox, zəhmətkeş bir alimin – BDU-nun dosenti, folklorşünas Çərkəz Əli oğlu Quliyevin 30 il öncə qohum toyuna tələsərkən yarımçıq qırılan ömrünün akkordlarıdır. 1941-45-ci illərdə müharibəyə gedib, “qara kağızı” gələn ata həsrəti də, yurd-yuvasından köçkünlük ağrısı da yaşamışdı Çərkəz müəllim. Çərkəz Quliyev bir evdən yox, bir eldən gedən oğullardandı, kimsəsizlərin adamı (imkanı daxilində), dara düşənlərin təmənna güdməyən dayağı idi. Belə bütöv şəxsiyyətlər çox azdır indi. Lakin bir təsəllimiz var ki, onun ömrünü heç kəsə ümid olmadan öz ömründə yaşadan fədakar, ölümə meydan oxuyan, Çərkəzin adını şəxsiyyət vəsiqəsində öz adı ilə qoşa yazdıran ömür-gün yoldaşı Sona xanım sözün əsl mənasında bu illər boyu onu yaşada bildi. Akademik Nizami Cəfərov demişkən, “öz yaşam tərzi və qələmi ilə”. Bunu nə övlad, nə qardaş-bacı, nə də valideyn eləyə bilməzdi, bacarmazdı. Xalq şairi Bəxtiyar Vahabzadə illər öncə Sona xanıma ünvanladığı məktubunda yazıb: “Ey xalqımın Tuti Bikəsi, Burlaxatunu, Siz bu minvalla Çərkəzin ömrünü yaşayırsınız. Nə qədər əzablı olsa da, bu cür ikili ömür yaşamağa dəyər. Çərkəzə rəhmət, Sizə isə Sona xanım, dözüm və səbr diləyirəm”. Dəyərli jurnalist-hüquqşünas Əntiqə xanım Qonaq da illər öncə “Ədalət” qəzetində bu cütlüyə həsr etdiyi bir yazısında yazmışdı: “Belə yaşadı Sona xanım, belə yaşaya bildi Çərkəz müəllimdən sonra. Dərd saçına qar ələsə də, çəkdikləri ağır olsa da, əyilmədi, əzilmədi…”.

Sona Çərkəz – bu ad çəkiləndə çoxlarının yaxından tanıdığı və sevdiyi əsl Azərbaycan Qadını, sözün həqiqi mənasında etibarın, fədakarlığın real nümunəsi göz önündə canlanır. Mən Sona xanımın həyatını üç mərhələyə ayırardım:

1948-1965 – Sona Məmməd qızı Məmmədova – ata evində ilk övlad olaraq əl üstündə tutulan Sona xanım yaşadıqları Saatlı rayonundan rusların köçməsi ilə əlaqədar yuxarı siniflərin bağlanması səbəbindən 8-10-cu sinifləri Xanlar (indiki Göygöl) rayonunda ana nənəsi Minanın yanında qalıb, dayısı Həmidin çalışdığı məktəbdə orta təhsilini davam etdirib.

Körpə yaşlarından bütün mənəvi keyfiyyətləri doğma ata ocağında mənimsəyərək yetkinləşən, hər zaman səmimiliyi, sadəliyi və təhsilə marağı ilə seçilən gənc qız… Ən dəyərli insanı da Allah ona həmin illərdə bəxş etdi – bütün xarakteri ilə özünə layiq, təmkinli, savadlı müəllimi Çərkəz Quliyevi – gələcək həyat yoldaşını (Çərkəz müəllim 11-ci sinfin son altı ayında Sona xanıma ədəbiyyat fənnindən dərs demişdi. O dövrdə hüquq-mühafizə orqanlarında çalışan atası yeni vəzifəyə təyin olunaraq Bakı şəhərinə getdiyi üçün Sona xanım yenidən kəndə qayıdaraq, Azərbaycan bölməsində təhsilini davam etdirib). Görünür, bu da İlahinin yazısı və qisməti imiş.

1966-1994 –  Sona Quliyeva – Sona xanım həyatının tələbəliyini də məhz həmin illərdə – ailə qurduqdan sonra yaşayıb (qaynanası Pürzə ananın gəlininin ali təhsil almasına kəskin etiraz etməsinə baxmayaraq, Çərkəz müəllim Sona xanıma verdiyi sözü tutub, ailə qurduqdan sonra onun ali təhsil almasına dəstək olmuşdur). Məclislərin yaraşığı olan Sona-Çərkəz cütlüyünün səadəti bəlkə çoxlarının qısqanclığına da səbəb olmuşdu. Əslində olmuşdu da – öz doğmalarından çoxunun nəfsinə tuş gəlmişdilər ki, “bəxtəvəri həyat yoldaşı oxumağa apardı”. Bəlkə də elə gözə-nəzərə gəldi bu münasibət?.. Bir-birini tamamlayan bu cütlüyün qoşa taleyi bəlkə elə o üzdən bir toy yolu qırıldı?.. Dağ cüssəli Çərkəz müəllimi soyuq məzara, Sona xanımı ömürlük əzaba düçar etdi… Lakin ölümün və nəfsin acığına onların münasibətinin ülviliyi, bir-birinə verdikləri dəyər dastana dönüb bu gün də neçə-neçə kitablarda, şeirlərdə yaşayır – Sona Çərkəz imzasıyla…

1994-2024 – Sona Çərkəz – Çərkəzli günlərini bir andaca itirib, dərdlə “dostlaşan”, Çərkəz müəllim hə-yatda olmasa da, onun övladlarına və yoxluğuna sarılaraq özündə yaşadan, adlarını qoşa yazdırıb həsrətinə əbədi abidə qoyan ƏFSANƏ QADIN…

Artıq on ildən çoxdur ki, Sona xanımı yaxından tanıyıram, doğmalaşmışıq və nə yaxşı ki, bu, mənə qismət olub. Onun haqqında danışarkən söz seçməyə çətinlik çəkirəm çox vaxt, çünki onun yaşadıqlarını olduğu kimi anlatmağa sözün belə aciz qaldığı məqamlar çoxdur. Sona xanım sözün əsl mənasında fədakarlığı, etibarı, səmimiyyəti, sadəliyi ilə hər zaman seçilib, sevilib. Ətrafında olan insanlarda yalnız sədaqət, diqqət, dəyər arayan, dünya malında-sərvətində gözü olmayan Sona xanım hər kəsin sevincinə, kədərinə şərik olmağı, hətta insanın özündən çox can yandırmağı bacarır. Valideynə dəyər verməyi də ən gözəl Sona xanımda görmüşəm. Axı az olmayıb redaksiyada kitablar üzərində işləyərkən rəhmətlik Səriyyə ananın bir zənglə yanına qaçmağı, hətta səsində bir az narahatlıq duyanda demədən özünü yanına çatdırmağı. Nəvələrinin hər işində yanlarında olan, onlara ən böyük dəstək verən də Sona müəllimə olub. Dosta, qohuma yanımcıllığını demirəm hələ, o, yalnızca kömək etməyə, dayaq durmağa can atıb, özü isə heç kəsdən heç nə qəbul etmə-yərək hər işi özü yoluna qoymağa çalışıb. Elə bu gün də belədir. Yuxarıda dedim axı, mən çox gördüklərimi olduğu kimi ifadə etməkdə çətinlik çəkirəm. Bəzən düşünürəm ki, bir insan necə bu qədər örnək ola bilər? Ondan çox şey öyrənmişəm. Axı qadınlar zərifdirlər, amma bir qadın ürəyi necə böyük, necə dözümlü, necə güclüdür ki, bütün çəkdiyi acılara, əzablara rəğmən insanlara qarşı mərhəmətini, diqqətini əsla itirməyib. Lakin inciyib unuda bilmədikləri də çoxdur…

Həyatda ən böyük nemətin təmiz, saf sevgi olduğuna hər zaman inanmışam, Sona xanımın timsalında isə bir qadının sevgisindən doğan sədaqətinin, vəfasının, yoxluğuna inanmadığı həyat yoldaşını öz ömründə yaşatdığının, o yoxluğun acısından doğulan dərdi ilə dostlaşmasının şahidi ola bilmişəm.

Müəllifi Sona Çərkəz olan və “Sona Çərkəz” imzası ilə yazılan bütün kitabları yetərincə öz qiymətini ən mötəbər söz adamlarından alıb. Bu isə məndən kiçik bir epiloqdur. Elə bu kitab çapa hazırlanarkən biz Bakı Dövlət Universitetində görüşməli olduq. Sona xanım mənə rəhmətlik Çərkəz müəllimin çalışdığı kafedranı göstərib, birgə işlədikləri zaman yaşanan xatirələrdən elə həsrətlə, kövrələrək danışırdı ki… Məhz bu sev-giyə-sevdaya heyran olmaya bilmirsən, bu yarım qalmış taleyə təəssüf hissləri, qəhər boğur insanı…

Hər tərəfində bənzərsiz münasibətin xatirəsi olan bu elm ocağı Sona xanım üçün çox doğmadır. Kaş əlimizdə olaydı, bu tale yazısını yenidən yazmaq ixtiyarı… Qəribədir və çətindir bu qədər ağrıları yaşamaq və bu alicənablıqda, bu nəciblikdə, bu böyüklükdə qalmaq!..

Əziz Sona xanım, yaxşı ki, bu dünyada Sona Çərkəz olmağı bacardınız, böyük şairimiz Bəxtiyar Vahabzadə demiş, çətin olsa da, “bir ömürdə iki ömür yaşadınız…”. Həm də elə bir Sona Çərkəz ki, varlığı ilə təkcə ailəsinə, ocağına deyil, onu düzgün anlayan, duya bilən, mənəvi dəyərləri həyat amalı sayan, böyükdən kiçiyə hər kəsə mayak ola biləcək, həyatın ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxmış, daim alovlanan əbədi məşəl misalı…

 

Elmina Muxtarlı

Xəbər Lenti

“Azərbaycan Dəmir Yolları” BDU tələbələri üçün infosessiya keçirib04.06.2025 - 15:25
Bakı Ali Neft Məktəbində DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüş olub04.06.2025 - 15:12
İRİA Təl-Əviv Universiteti ilə kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlığı gücləndirir04.06.2025 - 14:59
DİM-in könüllülərinə sertifikat təqdim olunub - FOTO04.06.2025 - 14:46
PMS üzrə elektron sınaq imtahanının nəticələri elan olunub04.06.2025 - 14:34
Almaniyada sürücü avtomobili məktəblilərin üzərinə sürüb04.06.2025 - 14:21
İtaliyada universitetdə güclü yanğın04.06.2025 - 14:11
Mübariz Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır04.06.2025 - 13:55
Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb - FOTO04.06.2025 - 13:30
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb04.06.2025 - 13:10
“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb04.06.2025 - 12:52
Birinci siniflərdə Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılır04.06.2025 - 12:38
“İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” - seminar04.06.2025 - 12:26
İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları04.06.2025 - 12:14
Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır04.06.2025 - 12:02
ADU-da doktorantura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib04.06.2025 - 11:50
Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub04.06.2025 - 11:40
Zəngilanda məktəblilər arasında idman yarışları keçirilib - FOTO04.06.2025 - 11:30
Gürcüstanın elm, təhsil və gənclər naziri Bakıda konfransda iştirak edəcək - FOTO04.06.2025 - 11:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib04.06.2025 - 11:10
Bayram namazı bu saatlarda qılınacaq - Şeyx04.06.2025 - 11:00
DİM-in may ayında keçirdiyi imtahanlarda 160 mindən çox şəxs iştirak edib04.06.2025 - 10:50
Pedaqoji Universitetin rektoru imtahanların gedişi ilə tanış olub - FOTO04.06.2025 - 10:40
AzMİU-da 2025-2026-cı tədris ili üçün qəbul planı artırılıb04.06.2025 - 10:30
14 yaşlı futbolçu oyun zamanı həyatını itirib04.06.2025 - 10:20
Gənclərin yaradıcılıq düşərgəsi uğurla yekunlaşdı - FOTO04.06.2025 - 10:10
Gənclərin yaradıcılıq düşərgəsi: “ArchiVision Camp 2 – 2025” Qubada yekunlaşıb04.06.2025 - 10:00
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə ev sahibliyi edəcək04.06.2025 - 09:50
Lefke Avropa Universitetinin nümayəndələri ATMU-da olublar04.06.2025 - 09:40
Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib04.06.2025 - 09:30
Sabahın hava proqnozu açıqlanıb04.06.2025 - 09:20
Ali təhsildə qida təhlükəsizliyi sahəsində yeni təhsil proqramı yaradılır04.06.2025 - 09:10
Azərbaycanda uşaqların TikTok-a girişi qadağan edilə bilər04.06.2025 - 08:56
Bu il sertifikasiyadan keçəcək müəllimlərin SAYI04.06.2025 - 08:44
“Kid-Kod” layihəsinin bağlanış mərasimi keçirilib - FOTO04.06.2025 - 08:32
SABAH qrupları yaz semestri üçün magistratura səviyyəsinə müəllimlərin işə qəbulu davam edir04.06.2025 - 08:21
Bu il Azərbaycanda 3 minə yaxın zəlzələ baş verib04.06.2025 - 08:11
BDU Bakı Enerji Həftəsində təmsil olunur - FOTO04.06.2025 - 08:00
Sumqayıt fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olub04.06.2025 - 07:50
Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir - FOTO04.06.2025 - 07:40
BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir - FOTO04.06.2025 - 07:30
Məcburi köçkünlərə yeni ixtisaslar və iş imkanları TANIDILIR04.06.2025 - 07:20
UNEC-in növbəti akademik UĞURU - FOTO04.06.2025 - 07:10
İdmançımız beynəlxalq turnirdə uğur qazanıb04.06.2025 - 07:00
“Müasir metodist” layihəsi çərçivəsində növbəti vebinar baş tutub04.06.2025 - 06:50
Teleqramda bunlar da mümkün olacaq04.06.2025 - 06:40
66 saat davam edən maqnit qasırğası başa çatdı04.06.2025 - 06:30
Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO04.06.2025 - 06:20