Təhsil 365 - Logo Mobile

Yaşıl gələcəyin təməli: Məktəbəqədər təhsildə iqlim həssaslığı

4213.11.2024 - 16:25
Yaşıl gələcəyin təməli: Məktəbəqədər təhsildə iqlim həssaslığı

Dünya uşaqlara miras qalacaq. Onların təbiətə münasibəti, ətraf mühitə qayğı ilə yanaşması və iqlim dəyişikliyinə qarşı həssaslığı gələcəyimizin taleyini müəyyən edə bilər. Məktəbəqədər yaşda uşaqlar, təbiətin zənginliyini və onun qorunmasının əhəmiyyətini öyrənərək, bu həssaslığı erkən yaşlardan mənimsəyə bilərlər. Bəs onların iqlimi mühafizə edən və təbiətin dostu olan gələcək nəsillərə çevrilməsi üçün hansı addımlar atılmalıdır? Nə etməliyik ki, onlar sonrakı yaşlarda iqlim dəyişmələrinə qarşı daha həssas olsunlar?

Ötən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iqlim dəyişikliyi ilə mübarizədə təhsilin rolu mövzusu da müzakirə edildi. Burada "RewirEd" Sammitində iqlim dəyişikliyi ilə bağlı təhsil sistemlərinin gücləndirilməsi və gənclərin fəal iştirakı müzakirə edilən mövzulardan biri idi. Tədbirdə UNESCO-nun "Greening Education Partnership" (GEP) təşəbbüsü xüsusi diqqət çəkirdi. Ölkələr arasında əməkdaşlıq artırılaraq təhsil sistemlərinin "yaşıllaşdırılması” hədəf olaraq seçilmişdi. 

Bu əməkdaşlığın davamı olaraq bu günlərdə Bakıda keçirilən COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi qlobal səviyyədə şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının ölçülməsi təşəbbüsünü irəli sürüb. Bu fəaliyyət PISA (Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramı) vasitəsilə həyata keçiriləcək. PISA dünya miqyasında şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən bir proqramdır və təhsil sistemlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

İqlim dəyişikliyi və məktəbəqədər təhsil

COP29 çərçivəsində irəli sürülən bu təşəbbüs məhz bu sualı aktuallaşdırır. İqlim savadlılığının fundamenti necə qoyulmalıdır?

Uşaqların təbiətə sevgisini və iqlim dəyişikliyi ilə mübarizə ruhunu artırmaq üçün müəllimlərdən və valideynlərdən başlayaraq, cəmiyyət olaraq üzərimizə hansı vəzifələr düşür? 

“İqlim böhranının həllində təhsilin rolu əvəz olunmazdır”

“Azərbaycan müəllimi”- nin bu mövzuda suallarını Məktəbəqədər sahə üzrə metodist Aynur Əlizadə cavablanırıb.

O qeyd edib ki, iqlim böhranının həllində təhsilin rolu əvəz olunmazdır. Son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq ekologiya, ətraf mühitin qorunması kimi mövzular tədris proqramına daxil edilib:

“Məktəbəqədər təhsil müəssəsi mərhələli təhsli prosesində ilkin pillə hesab edildiyi üçün iqlim dəyişikliyi ilə bağlı məlumatlandırmaya məhz kiçik yaşlardan başlamaq məqsədə uyğundur. İqlim dəyişikliyi mövzusu uşaqların yaş xüsusiyyətlərinə və normalarına uyğun proqramlaşdırılmalıdır.Tədris proqramlarında əyani və praktiki metodlardan istifadə etməliyik”.

Metodistin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində uşaqlarda təbiətə qayğıkeş münasibət aşılanır. Məhz ətraf aləmlə tanışlıq məşğələsində təbiətə aid  ilkin biliklər uşaqlara öyrədilir. Lakin aşağı yaş qrupundan olan uşaqlar gördüklərini, yaşadıqlarını daha yaxşı qavraya bilir deyə, mütəmadi olaraq təbiət qoynunda iməciliklərin keçirilməsi elə kiçik yaşlarından onlarda məsuliyyət hissini formalaşdıra bilər.

Aynur Əlizadə iqlim duyarlılığı mövzusunda təlimatlandırıcı videoçarxlardan, vəsaitlərdən, rollu-süjetli oyunlardan resurs kimi istifadə edilməsinin məqsədəuyğun olduğunu deyib.

O əlavə edib ki, hazırda məktəbəqədər təhsil müəssisələrində iqlim dəyişikliyi və ekoloji təlim resursları lazımi səviyyədə deyil:

“Hazırda məktəbəqədər təhsil müəssisələrində ekoloji tərbiyəyə az yer ayrılır. Ekoloji tərbiyə ilə bağlı valideynlərlə  təlimatlandırıcı söhbətlər aparmalı, valideynlərlə bağçanın əməkdaşlığını təmin etməliyik”. 

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssələrində daha çox biliyə önəm verilir, halbuki tədris, eyni zamanda bacarıqların üzərində qurulmalıdır. Bacarıqlarla bilik vəhdət təşkil etməlidir:

“Məktəbəqədər təhsil müəssisələrində STEAM proqramının tətbiqi bu istiqamətdə çox müsbət nəticə verə bilər. Lakin belə olan halda azyaşlıların maraq dairəsinə və inkişaf dövrlərinə uyğun resurslar da təmin olunmalıdır. İnkişaf etməkdə olan dünyamızda uşaqlarımızı müasir standartlara uyğun təlim etməliyik”.  

İqlim dəyişikliyinə qarşı həssaslıq tərbiyəsinin məktəbəqədər təhsildən başlaması gələcək nəsillərə edilən ən dəyərli sərmayələrdən biri ola bilər. Bu gün bizə əmanət olan uşaqlar, sabahkı dünyanın sahibi və qoruyucusu olacaqlar. Onlara təbiətə sevgi, ekoloji məsuliyyət və iqlim dəyişikliyi ilə mübarizə ruhunu aşılayaraq, gələcəyimizi daha yaşıl və davamlı edə bilərik.

Bunun üçün valideynlərdən, müəllimlərdən və bütövlükdə cəmiyyətdən təxirəsalınmaz bir əməkdaşlıq tələb olunur. Təbiətlə sıx təmasda olmaq, onun gözəlliyini yaşamaq, onu qorumaq. Bunun üçün kiçik addımlar ata bilərik. 

Unutmayaq ki, uşaqlara təbiəti sevməyi öyrətmək, onlara yaşıl və təmiz bir dünya vermək deməkdir.  

Xatırladaq ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı, müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı", "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzularında panellər təşkil ediləcək.

Elmina Muxtarlı

Xəbər Lenti

Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00
Hesablama Palatası TTKF-nın fəaliyyətində nöqsanlar aşkar edib20.12.2024 - 18:40
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ20.12.2024 - 18:20
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib20.12.2024 - 18:00
DİM-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib20.12.2024 - 17:40
RFO-da 85 qızıl medal qazanılıb - FOTO20.12.2024 - 17:20
Professora Prezidentin fərdi təqaüdü verilib20.12.2024 - 17:00
Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib20.12.2024 - 16:40
MDU və Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı seminar keçirilib - FOTO20.12.2024 - 16:20
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək20.12.2024 - 16:00
380 mindən çox şagird üçün monitorinq keçirilib20.12.2024 - 15:40
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub20.12.2024 - 15:20
“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib - FOTO20.12.2024 - 15:00
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə GÖSTƏRİB20.12.2024 - 14:40
MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib20.12.2024 - 14:20