Rusiyada məktəbdə 19 uşaq və bir böyük şəxs qidadan zəhərlənib.
Tehsil365 xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, üç azyaşlı orta dərəcəli vəziyyətdə xəstəxanaya yerləşdirilib, digər 16 uşaq və bir böyüklə ambulator müalicəyə göndərilib.
İlkin məlumatlara görə, zəhərlənənlərdə qastroenterit - bağırsaq infeksiyası diaqnozu qoyulub.