Təhsil 365 - Logo Mobile

Dövlət qulluğunun müsahibə vaxtları bu TARİXDƏ OLACAQ

2315.11.2024 - 13:40
Dövlət qulluğunun müsahibə vaxtları bu TARİXDƏ OLACAQ

23 sentyabr 2024-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

“Tehsil365”ə DİM-dən bildirilib ki, elan üzrə 142 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 621 vəzifə (A növündə 70 vakant, B növündə 551 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2056 namizədlə 3499 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsahibə sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi,1 saylı ərazi üzrə əməyin sosial məsələlərinə nəzarət sektoru (Yasamal, Səbail, Qaradağ), məsləhətçi - əmək müfəttişi (1 vakant yer üzrə 270 namizəd), Göygöl Rayonu İcra Hakimiyyəti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi - kadrlar üzrə işin aparıcısı (1 vakant yer üzrə 137 namizəd vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 20 noyabr 2024-cü il - 31 mart 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (15 noyabr 2024-cü ildən - 17 noyabr 2024-cü il saat 17:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə ərizə ilə müraciət etməlidir.

Elmina Muxtarlı

Xəbər Lenti

Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00
Hesablama Palatası TTKF-nın fəaliyyətində nöqsanlar aşkar edib20.12.2024 - 18:40
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ20.12.2024 - 18:20
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib20.12.2024 - 18:00
DİM-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib20.12.2024 - 17:40
RFO-da 85 qızıl medal qazanılıb - FOTO20.12.2024 - 17:20
Professora Prezidentin fərdi təqaüdü verilib20.12.2024 - 17:00
Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib20.12.2024 - 16:40
MDU və Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı seminar keçirilib - FOTO20.12.2024 - 16:20
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək20.12.2024 - 16:00
380 mindən çox şagird üçün monitorinq keçirilib20.12.2024 - 15:40
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub20.12.2024 - 15:20
“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib - FOTO20.12.2024 - 15:00
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə GÖSTƏRİB20.12.2024 - 14:40
MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib20.12.2024 - 14:20