Növbəti il üzrə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat vəsait ayrılacaq.
Tehsil365 xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Büdcə zərfində qeyd olunub ki, həmin məbləğ məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, fövqəladə hal baş verdikdə uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və "Məktəblinin dostu" layihəsinin 2025-ci ildən etibarən əhatə dairəsinin mərhələlərlə 1 000 məktəbə çatdırılması və ölkə üzrə təhsilalanların 70 faizini əhatə etmək üçün ayrılacaq.
Bundan başqa, ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi tədbiri üzrə dövrün sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar gələn il şagird sayı 1000 nəfər ətrafında olan, Bakı və digər regionlarda yerləşən daha 9 məktəb üzrə pilot proqramların hazırlanması və tətbiqi ilə bağlı xərclərin maliyyə təminatı üçün 6 milyon manat vəsait nəzərdə tutulub.