Dövlət Proqramı təqaüdçüsü Aydan Poladova Imperial College London’da tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi seçilib.
Tehsil365 xəbər verir ki, "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "Imperial College London" ali təhsil müəssisəsində İctimai səhiyyə ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Aydan Poladova ali təhsil müəssisəsinin tələbə cəmiyyəti üzvlərinin “Mental Health” təmsilçiliyinin nümayəndəsi seçilib.
Qeyd edək ki, Aydan Poladova ali təhsil müəssisəsində keçirilən səsvermənin nəticələrinə uyğun olaraq seçilib.