İsrail Müdafiə Ordusu Fələstinin radikal HƏMAS hərəkatının Qəzza şəhərində məktəb binasında gizlənən yüksəkrütbəli zabitinin məhv edilməsi barədə məlumat verib.
Tehsil365 xəbər verir ki, müvafiq bəyanat ordunun Mətbuat Xidməti tərəfindən yayımlanıb.
Bəyanatda qeyd olunur ki, HƏMAS-ın snayper bölməsinin üzvü Mumin əl-Cabari Qəzza zolağında İsrail hərbçilərinə qarşı terror aktları təşkil edib və həyata keçirib, məktəb binasında çoxlu silah saxlayıb.
İsrail ordusu vurğulayıb ki, zərbədən əvvəl mülki əhaliyə qarşı təhlükə və risklərin azaldılması üçün bütün tədbirlər görülüb, lakin bununla yanaşı, terror qruplaşmalarının mülki infrastruktur və dinc əhalidən müntəzəm olaraq canlı qalxan kimi istifadə etdiyini bir daha qeyd edib.