Təhsil 365 - Logo Mobile

“Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamdan 1 il ötür

4328.11.2024 - 09:20
“Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamdan 1 il ötür

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamından 1 il ötür. 

Tehsil365 xəbər verir ki, Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilirlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Müvafiq vəzifələrin tutulması üzrə vakansiya elanları Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.

Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Bildirildi ki, 2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.

Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil alacaq.

Elmina Muxtarlı

Xəbər Lenti

Təhsil işçilərinə 700 min manata yaxın maddi yardım göstərilib29.04.2025 - 15:14
AzMİU-da Karyera sərgisi keçiriləcək29.04.2025 - 15:03
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri elan edilib - FOTO29.04.2025 - 14:49
Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb29.04.2025 - 14:37
Biganəliklə mübarizə aparırıq - Elnur Nəciyev yazır29.04.2025 - 14:25
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub - FOTO29.04.2025 - 14:13
Ayın 1-dən ibtidai siniflərdə yaz tətili başlayır29.04.2025 - 14:01
ADPU-da süni intellektin tətbiqi ilə bağlı təlim baş tutub - FOTO29.04.2025 - 13:48
AzTU-da plastik butulkaların təkrar emalı təşəbbüsünə məktəblilər də qoşuldu29.04.2025 - 13:36
Mərkəzi Elmi Kitabxanada “Elsevier” nəşriyyatının elmi-məlumat bazasının təqdimatı keçirilib - FOTO29.04.2025 - 13:24
2 mindən çox şagird Milli Hakatonda yarışacaq29.04.2025 - 13:12
SOCAR-ın süni intellekt üzrə mütəxəssisi BDU tələbələri ilə görüşüb - FOTO29.04.2025 - 13:00
ADNSU-nun “SOCAR Polymer” MMC ilə əməkdaşlığı genişlənir - FOTO29.04.2025 - 12:50
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib – SƏRƏNCAM29.04.2025 - 12:40
AzTU-da “Açıq qapı” günü keçirilib - FOTO29.04.2025 - 12:30
Paytaxt məktəblərində maarifləndirici təlimlər davam edir29.04.2025 - 12:20
Daun sindromlu uşaqlar üçün futbol tədbiri - FOTO29.04.2025 - 12:10
“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib - FOTO29.04.2025 - 11:54
Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində olub - FOTO29.04.2025 - 11:42
Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir29.04.2025 - 11:31
Türkiyənin Bursa Uludağ Universitetinin professoru BDU-da elmi seminar keçirib - FOTO29.04.2025 - 11:20
BDU əməkdaşları Qafqazda geoparkların yaradılması ilə bağlı işçi qrupuna daxil ediliblər - FOTO29.04.2025 - 11:10
Hərbi-idman oyununun paytaxt üzrə finalçısı bəlli olub - FOTO29.04.2025 - 10:57
İqtisadiyyat İnstitutunun elmi seminarında korrupsiyaya qarşı mübarizə məsələsi müzakirə edilib - FOTO29.04.2025 - 10:43
Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda Azərbaycanın uşaq ədəbiyyatı haqqında məruzə edib29.04.2025 - 10:32
IV ixtisas qrupu üzrə ali məktəblərə keçid balları - SİYAHI29.04.2025 - 10:22
Türkiyə səfiri tarix və coğrafiya dərsliklərini oxuyur - FOTO29.04.2025 - 10:11
İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ29.04.2025 - 09:50
Doktorant və dissertantlar üçün yaz sessiyası təşkil olunub - FOTO29.04.2025 - 09:40
ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə tədbir təşkil edilib29.04.2025 - 09:30
Avropalı professor Franco Cozzani ADNSU-nun tədris şəraitini yüksək dəyərləndilib - FOTO29.04.2025 - 09:20
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dair kitab nəşr olunub29.04.2025 - 09:10
Bakalavr təhsilli olanların ailə həkimi işləməsinə icazə verilməsi təklif edilib 29.04.2025 - 08:55
"Rezidenturada qəbul yerlərinin artılması planlaşdırlır" 29.04.2025 - 08:44
Yeni ulduzların “beşiyi” kəşf edilidi29.04.2025 - 08:32
TİF təqaüdçüləri üçün təlim sessiyası təşkil olunub29.04.2025 - 08:21
Məktəbəqədər və ümumi təhsillə bağlı suallar yarandıqda hara müraciət etmək olar?29.04.2025 - 08:10
BANM-də süni intellekt və enerjinin gələcəyi mövzusunda konfrans keçirilib - FOTO29.04.2025 - 07:57
ADMİU-nun müəllimi Beynəlxalq Festivalın Qran-pri qalibi olub - FOTO29.04.2025 - 07:45
NDU-da “Beynəlxalq təlim aylığı” çərçivəsində professor Qərib Mürşüdov təlim keçib - FOTO29.04.2025 - 07:34
Kann Film Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb29.04.2025 - 07:23
BANM-in komandası “GreenTech” müsabiqəsinin qalibi oldu - FOTO29.04.2025 - 07:11
ADPU-da Özbəkistan Milli Universitetinin əməkdaşları ilə görüş keçirilib - FOTO29.04.2025 - 07:00
Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil vəfat etdi29.04.2025 - 06:50
Bu gün görkəmli kinorejissor Əjdər İbrahimovun doğum günüdür29.04.2025 - 06:40
Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib - FOTO29.04.2025 - 06:30
“Gənc istedadlar” liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib29.04.2025 - 06:20
7 yaşlı oğlan qızdırmadan vəfat etdi29.04.2025 - 06:10