Təhsil 365 - Logo Mobile

Prezident ailəsi ilə birlikdə Nəbatat Bağının AÇILIŞINDA - FOTOLAR

2728.11.2024 - 12:20
Prezident ailəsi ilə birlikdə Nəbatat Bağının AÇILIŞINDA - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

Tehsil365 xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.

Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.

Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Elmina Muxtarlı

Xəbər Lenti

Xəzər Universitetində çalışan müəllimin məqaləsi TÜRKLAD dərgisində26.12.2024 - 19:50
Qəzaya uğrayan təyyarənin "qara qutu"ları nə vaxt deşifrə ediləcək?26.12.2024 - 19:35
Yeni Klinikanın direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib26.12.2024 - 19:20
Azərbaycan rəsmiləri iddiaları təsdiqləyib26.12.2024 - 19:05
Rusiya, əslində, enişə icazə verməliydi...26.12.2024 - 18:50
TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar26.12.2024 - 18:20
Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq26.12.2024 - 18:05
Xəzərə güllər buraxdılar...-Fotolar26.12.2024 - 17:50
Cənazələrdən dördü gətirildi... -Fotolar26.12.2024 - 17:35
Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - Rəsmi26.12.2024 - 17:20
LDU imtahan sessiyasına hazırlığını müzakirə edib26.12.2024 - 17:05
Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb - FOTO26.12.2024 - 16:50
İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi - FOTO26.12.2024 - 16:35
Yaşıl dünyanın Qarabağ modeli - FOTO26.12.2024 - 16:20
ATU-nun yeni ixtisasları üzrə ilk magistrləri məzun olub - FOTO26.12.2024 - 16:05
AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub26.12.2024 - 15:50
Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər - FOTO26.12.2024 - 15:35
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş26.12.2024 - 15:20
Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır26.12.2024 - 15:05
Sabirabadda yeniyetmə bıçaqlanıb26.12.2024 - 14:50
"Euronews": Rusiya AZAL-ın təyyarəsinin aeroporta enişinə icazə verməyib26.12.2024 - 14:35
Qəza yerindən daha bir qara qutu tapıldı26.12.2024 - 14:20
Onlar artıq Bakıdadır - Fotolar26.12.2024 - 14:05
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”26.12.2024 - 13:50
İlahiyyatçı Cəmil Musayev: "Allah belə bir dərdi heç bir millətin başına gətirməsin"26.12.2024 - 13:35
Təyyarəmizi Rusiya vurub - CALİBER26.12.2024 - 13:20
Bağçada işləyənlərin sertifikatlaşdırmasına dəyişiklik edilib26.12.2024 - 13:05
Sağ qalan sərnişinlər Aktaudan Azərbaycana yola salınır26.12.2024 - 12:50
Naxçıvan məktəblərində qəzada həlak olanlarla bağlı guşələr yaradılıb - FOTO26.12.2024 - 12:35
DİM imtahan keçirib26.12.2024 - 12:20
Qəzada sağ qalan 20 yaşlı Ayhan ali təhsil ALMAYIB26.12.2024 - 12:05
BMU-nun tələbə və məzunu Fəxri fərmanla təltif edilib26.12.2024 - 11:50
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub26.12.2024 - 11:35
Aktauda təyyarə qəzasından sağ çıxan sərnişin AZAL-ın stüardessasının cəsarətindən danışıb26.12.2024 - 11:20
UNEC dekabrda 20-yə yaxın xarici universitetlə yeni əməkdaşlıq əlaqəsi qurub26.12.2024 - 11:00
Humanitaryönümlü müəssisələr tərəfindən 13 mühüm elmi nəticə əldə edilib26.12.2024 - 10:45
Xəstəxanaya aparılarkən və orada ölən olmayıb26.12.2024 - 10:30
Vəfat edən şəxslərin tam SİYAHISI26.12.2024 - 10:20
Sabahın hava proqnozu açıqlanıb26.12.2024 - 10:15
Bəzi meyitlər tanınmaz haldadır26.12.2024 - 10:00
26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb26.12.2024 - 09:45
AzMİU və Yıldız Texniki Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO26.12.2024 - 09:30
Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək26.12.2024 - 09:15
Qəzadakı Səlihət 2 gün əvvəl məktəbdən çıxıbmış 26.12.2024 - 09:00
Hökümə Əliyevanın təhsil həyatı 26.12.2024 - 08:45
Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılır - FOTO26.12.2024 - 08:30
Xəzər dənizində yenə zəlzələ oldu26.12.2024 - 08:15
Ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTOLAR26.12.2024 - 08:00