Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 28 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalı inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Layihələrin idarə olunması” mövzusunda təlim təşkil olunub.
Tehsil365 xəbər verir ki, təlim zamanı iştirakçılar layihə anlayışı, layihələrin idarə olunmasında prioritetləşdirmənin önəmi, çevik və hibrid layihələr, eləcə də layihələrdə nəzarət sahələri kimi mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər. Təlim müddətində iştirakçılar müxtəlif ikili və qrup müzakirələrinə cəlb olunublar.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.