AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərovanın “Ərəb qadınları ailədə və cəmiyyətdə (Misirli yazar Naval Əs-Saadavi yaradıcılığında)” adlı elmi məqaləsi Kubanın nüfuzlu beynəlxalq “Universidad & Sociedad” jurnalında dərc edilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, məqalədə ərəb müsəlman qadınlarının ailədə, cəmiyyətdə yeri, rolu və hüquqları bu günün prizmasından ədəbi əsərlərin fonunda araşdırılıb. Tədqiqatın məhz misirli feminist yazar Naval Əs-Saadavinin (1931-2021) əsərləri kontekstində aparılması sayəsində isə müasir Ərəb Şərqində gender durumu ilə bağlı ümumi mənzərə təsvir edilib.
Qeyd edək ki, sözügedən nəşr “Web of Science” beynəlxalq bazasına daxildir.