Xəzər Universiteti “Dünya” məktəbinin ikinci sinif şagirdi, 2017-ci il təvəllüdlü Miryusif Məcidov Gürcüstanın paytaxtı Tbilisi şəhərində karate üzrə bu günlərdə keçirilən “Tbilisi Open-2024” beynəlxalq turnirin qalibi olub.
Tehsil365 xəbər verir ki, Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, İran və Ermənistandan olan idmançılar gücünü sınayıb.
Beynəlxalq turnirdə böyük heyətlə təmsil olunan Azərbaycan Karate Federasiyasının uşaq, yeniyetmə və gənclərdən ibarət üzvləri final görüşlərində, yüksək nəticələr əldə ediblər.
Həmin idmançılardan biri də məşqçi Şahin Atamovun yetirməsi Miryusif Məcidovdur. O, uşaqlar arasında şəxsi kumite yarışlarında dörd döyüş keçirib. İki erməni, iki gürcü karateçisi ilə üz-üzə gəlib. Finalda erməni karateçiyə 12:3 xal hesabı ilə qalib gələn Miryusif Məcidov turnirin qalibi olub.
Bəzi saytlar bu barədə xəbər yayımlayıb.