Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.
Tehsil365 TASS-a istinadən xəbər verir ki, bu barədə Belçika Xilasetmə Xidməti məlumat yayıb.
Zərərçəkənlər göz və tənəffüs yollarının qıcıqlanmasından şikayət ediblər, 22 uşaq xəstəxanaya yerləşdirilib.
Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.