Noyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 29 813 vətəndaş müraciəti daxil olub.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətlərin 18 574-ü çağrı mərkəzləri, 336-sı sosial media, 3 649-u "WhatsApp" vasitəsilə olduğu halda, 945-i elektron, 1 275-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 034 müraciət qeydə alınıb.
Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbdənkənar təhsil müəssisələrinə qəbul, şagirdlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub.