Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Tehsil365 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə:
Aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Fikrət Əhmədəli oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Seyidzadə Dilarə Bağır qızı
Şadlinski Vaqif Bilas oğlu.
Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.