Aşağı bal toplayan hər hansı bir abituriyent onsuzda yüksək ballı, günümüzün tələbatına cavab verən və yaxudda iş imkanları geniş olan ixtisaslara seçim məhdudiyyəti var. Yəni onların balı az olduğuna görə həmin ixtisasları seçə bilmirlər. Amma bu öz balına müvafiq olan ixtisaslar üzərində diqqət yetirmələri lazımdır ki, həmin ixtisaslardan iş imkanları müəyyən dərəcədə geniş olan, bu gün seçdiyi ixtisasın sabah işləyə biləcəyi və yaxud da o ixtisasın mütəxəssisi ola biləcəyi və yaxud da valideynin təhriki ilə deyil, öz arzuladığı, özü ixtisas istiqamətində müəyyən nailiyyətlər əldə edə biləcəksə ona görə seçim aparmalıdır.
Bu fikirləri “Təhsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, 2-ci ixtisas qrupunda bəzi ixtisaslar var ki, aşağı balla olsa belə şagirdlər düzgün ixtisas seçimi edərək qəbul ola bilərlər.
“Bu gün hamımıza məlumdur ki, hər bir ixtisas üzrə öz ixtisasını mükəmməl bilən, öz ixtisasının söz sahibi olan hər kəs həyatda müəyyən mövqe tutur və ixtisası üzrə müəyyən qədər irəliyə addımlaya bilir. Adi lap zəif ixtisasları götürsək belə, bu ixtisaslar üzrə misalçün, deyək ki, hər hansı bir tələbə II ixtisas qrupunda turizm ixtisasını, biznesin idarə edilməsi, marketinq ixtisasını 150 balla, 160 balla, 170 balla yəni, 150-200 bal arasında olan abituriyentlər seçim edib qəbul ola bilirlər. Və bu ixtisaslar heç də iş imkanları baxımından zəif olan ixtisaslar hesab olunmur, amma seçim düzgün aparılmalıdır. 1-ci ixtisas qrupunda da qida mühəndisliyi ixtisası var, nəqliyyatda logistika ixtisası var ki bu ixtisaslar da iş imkanları baxımından o qədər də məhdud ixtisaslar deyil. Əsas odur ki, işinin, ixtisasının peşəkarı olasan. Və o ixtisas üzrə təcrübə proqramlarında iştirak edəsən, o ixtisas üzrə əgər ehtiyac yaranacaqsa əlbəttə ki xaricdə magistr təhsili ala biləsən. Və ixtisasın mükəmməli olduğu təqdirdə, N. Gəncəvinində dediyi kimi "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". O ixtisası kamil biləndən sonra iş artıq özü həmin şəxsi tanıdacaq. İş özü həmin şəxsin ayağına gəlmiş olacaq, ona görə də seçim edərkən, bəli elə ixtisaslar da var ki həqiqətən də günümüzün zəif olan ixtisaslarıdır və bu ixtisaslarda müəyyən qədər peşəkar olmaq bir az çətindir”.
Onun sözlərinə görə, bəzi valideyinlər müəyyən problemlərə görə övladlarını xaricdə təhsil almaq üçün göndərməkdən imtina edirlər.
“Bəzi valideynlərdə çıxılmaz vəziyyətdə qalaraq uşağı xaricə göndərməmək üçün, xaricə ehtiyat etdiyi üçün məcburiyyət qarşısında qalıb bu ixtisaslara seçim edirlər. Və xüsusəndə qız abituriyentlərin valideynləri daha çox bu qənaətdə olurlar. Düşünmədən deyirik, bəli misalçün mən hər dəfə də bunu qeyd eləmişəm bəzi abituriyentlər çox zəif olan ixtisasların gələcəkdə belə deyək həvəssiz, istəməyərək seçəcəyi hər hansı bir ali ocağında təhsil alım düşüncəsilyə seçdiyi ixtisasdansa, peşə təhsili alaraq bu istiqamətdə həm özünə həm də ölkəyə faydalı ola bilər. Yəni bunu da diqqətdən yayındırmamaq lazımdı, əsas olan odur ki, həmin ixtisası seçən həmin ixtisasa marağ olsun və o ixtisası sevərək oxusun, həmin ixtisas üzrə mütəxəssis olsun. Yəni əsas önəmli olan budu yox, əgər bu tələbənin öz arzusuyla deyil, kənar şəxslərin, valideynin və yaxuddaki müəllimin, digər şəxslərin təyziqi ilə həyata keçirilirsə əlbəttə ki burda artıq müəyyən problemlər var deməkdir. Buna görə də ixtisas seçimində həm valideyn, həm müəllim, həmdə abituriyentin özünün fikri əsas olmalıdı, yəni abituriyentin özünün də fikrini diqqətə almaq lazımdı. Valideynin təhriki deyil, müəllimin tələbi deyil, burda abituriyentin özünündə arzusu və o ixtisasa olan istəyi diqqətə mərkəzində olmalıdır və seçim ona görə aparılmalıdır”.