Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi cərimələnib.
Tehsil365 Modern.az-a istinadən xəbər verir ki, təhsil idarəsinin cərimələnməsinə səbəb Nərimanov rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsinin icra edilməməsi olub.
Belə ki, qətnamədə Elm və Təhsil Nazirliyinin əmrinə xitam verilməsi, Rəhimova Cəmilə İsgəndər qızına münasibətlərin ləğv edilməsi və adı çəkilən şəxsin Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, eyni zamanda əməkhaqqı ödənilməsi tələb olunub. Təhsil idarəsi icra sənədinə əməl etmədiyi üçün haqqında inzibati protokol tərtib olunub.
Məhkəmənin hazırlıq iclasının növbəti 10 gün ərzində olacağı bildirilib.
***
Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi cərimələnə bilər.
Tehsil365 Modern.az-a istinadən xəbər verir ki, təhsil idarəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, təhsil idarəsi 3 min manatdan 5 min manatadək məbləğdə cərimələnəcək.