Yaxın 6 ay ərzində dünyada insan kimi düşünən və qərar verən qurğular yaradıla bilər.
Tehsil365 xəbər verir ki, bunu Türkiyənin İstanbul Universitetinin dosenti Şəbnəm Özdəmir Bakıda keçirilən "Media texnologiyaları: yeniliklər və trendlər" adlı təlimdə bildirib.
"Son iki həftə ərzində baş verən texnoloji inkişaf nəticəsində insan səviyyəli süni intellektin yaradılması üçün kuantum kompüterlərə ehtiyacımız yoxdur. Əgər ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskla fərqli senariyə imza atmasa, 6 ayda insanlıq özü kimi düşünən və qərar verən qurğularla tanış olacaq", - deyə o qeyd edib.