Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib.
Bildirilib ki, FIBAA Akkreditasiya Sertifikasiya Ş//unec.edu.az/urasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib.
FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.