Hər il yüzlərlə abituriyent universitetə qəbul olmaq üçün hazırlaşırlar. Qəbul olan hər bir abituriyent universitetə lazımi sənədlərini onlara verilən müəyyən vaxt ərzində toplayıb təqdim edirlər. Lakin bəzən abituriyentlərin qəbul olduğu universitetə sənəd verməkdən imtina etməsi halları ilə qarşılaşırıq.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzinə (DİM) məkumat verilib.
Bildirilib ki, qəbul olunan abituriyentlərdən təqribən 2500-dən çoxu qeydiyyatdan keçməyib:
"Bu adətən hər il belə olur. Qəbul olunanlardan 2000-2500 nəfəri qeydiyyatdan keçmir. “Abituriyent” jurnalının 12-ci nömrəsində hər il bununla bağlı statistik məlumatlar dərc edilir",- deyə mərkəzdən qeyd olunub.