Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindəki məktəbin ətrafında yaranan antisanitar vəziyyət aradan qaldırılıb.
Tehsil365 Oxu.az-a istinadən xəbər verir ki, sözügedən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Qeyd edək ki, ötən günlərdə Abşeron rayonunun Hökməli qəsəbəsində vətəndaşlar antisanitariya vəziyyətindən şikayətçi olmuşdular.