Təhsil 365 - Logo Mobile

İnternet bu yaş qrupu üçün FAYDALIDIR- TƏDQİQAT

3108.12.2024 - 08:50
İnternet bu yaş qrupu üçün FAYDALIDIR- TƏDQİQAT

Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.

Tehsil365 “The Independent” nəşrinə istinadla xəbər verir ki, elmi jurnallardan biri olan “Nature Human Behaviour”da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib. Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.

Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb. 

Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: “Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir”.

Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.

Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrick Klarke, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib: “50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.

Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir: “İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz”. 

Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir.

Elmina Muxtarlı

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40