Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Mübariz Təhsil Kompleksində Çin həftəsi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Təhsil Kompleksi ilə Azərbaycan Dillər Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən təşkil olunub.
Kompleksin rəhbərliyi, Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun nümayəndələri, eyni zamanda universitetin Tərcümə fakültəsinin çin dili üzrə təhsil alan tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Çin haqqında təqdimat nümayiş etdirilib. Daha sonra tədbirin bədii hissəsi və viktorina keçirilib. Viktorina qalibləri hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, kompleksdə keçirilən “Ölkələr həftəsi” layihəsi çərçivəsində bundan əvvəl İspaniya və Argentina həftəsi olub.