Hindistanın paytaxtı Yeni Dehlidə iki məktəbə bomba qoyulması barədə xəbərlər yayılıb.
Tehsil365 TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Təhsil müəssisələrinə bombalarla bağlı xəbərdarlıq məktubları elektron poçt vasitəsilə göndərilib. Məktəb əraziləri mühasirəyə alınıb və bazar ertəsi dərslər ləğv edilib. Təhlükəsizlik yoxlamasından sonra heç bir şübhəli əşya aşkar edilməyib.
Son aylarda Hindistanda məktəblərin, eləcə də hava yollarının bomba təhdidləri alması halları artıb. Ölkə hakimiyyəti bu cür təhdidlərin göndərilməsini dayandırmaq üçün bir sıra yeni qanunvericilik normaları hazırlamaq niyyətində olduğunu bəyan edib.