Bakıda məktəbin qarşısında daşan kanalizasiya suları ətrafdan keçən sakinlərin narazılığına səbəb olub.
Tehsil365 xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 143 nömrəli məktəbin qarşısında üfunət yayan kanalizasiya suları həm uşaqları, həm də ətrafdakı insanları narahat edir. Lakin buna baxmayaraq, məsul qurumlar problemi aradan qaldırmaq üçün heç bir tədbir görmür.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, yağışlar normadan artıq yağanda kanalizasiya sistemlərində suyun ötürücülüyündə tıxanmalar yarana bilir.
"Qeyd olunan problemlə bağlı məlumat sukanal idarəsinə verilib. Tezliklə briqada əraziyə göndəriləcək".