Dekabrın 9-da Bakı şəhəri 107 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) II mərtəbədə ayaqyoluna gedərkən sürətlə qaçdığı üçün qapının tutacağına toxunub. Nəticədə qapının dəstəyi şagirdin qarın nahiyəsinin dərisinə batıb.
Tehsil365 "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, məktəbdən bildirilib ki, məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.
Məktəb rəhbərliyi və müəllimlərin də müşayiəti ilə şagird tibb müəssisəsinə çatdırılıb.
Hazırda şagirdin vəziyyətinin kafi olduğu bildirilir.