Rusiyanın Smolensk şəhərində ata yaşadığı mənzildə 10 yaşlı oğlunun kiçik barmağını kəsərək onu döyüb və daha sonra diri-diri yandırıb.
Tehsil365 xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Üçotaqlı mənzildə baş verən yanğından sonra məktəblinin cəsədi yanğınsöndürənlər tərəfindən tapılıb. Onlar uşağın bir barmağının olmadığını və cəsəd üzərində zorakılıq izləri olduğunu müəyyən ediblər.
51 yaşlı ata hadisədən sonra təqib edilərək saxlanılıb. Məlumata görə, uşağın anası 5 il əvvəl vəfat edib, o isə atası ilə tək yaşayırdı.
Həmin şəxsin 2022-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək bir müddət həbs cəzası çəkdiyi bildirilib.