Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının açılması nəzərdə tutulmur.
Tehsil365 xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Hazırda Xankəndi şəhəri istiqamətində işlərimiz davam edir. 2025-ci ildən 2026-cı ilin sentyabr ayına qədər Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin, eləcə də Turizm fakültəsinin Şuşa şəhərində fəaliyyətə başlaması planlaşdırılır.
Ən yaxşı halda, 2026-cı ilin sentyabr ayında Kənd təsərrüfatı fakültəsinin Xocalı şəhərində açılması nəzərdə tutulur.
Bundan əlavə, Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının olması planlaşdırılmır" ,- deyə nazir fikrini tamamlayıb.