Bakıdakı Həştərxan Biznes Mərkəzi (Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının inşasını həyata keçirir.
Tehsil365 xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin özünün teleqram kanalında məlumat verib.
O qeyd edib ki, belə bir məktəbəqədər müəssisəsinin tikintisi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev dəstəkləyib.
"Bərpadan sonra təxminən 700 ailənin məskunlaşacağı Mahruzlu kəndi infrastruktura çox ciddi ehtiyac duyur", - qubernator bildirib.
Onun sözlərinə görə, hazırda tikinti işləri qrafik üzrə gedir və artıq bünövrənin qoyulması başa çatıb: "Ümid edirəm ki, obyekti gələn ilin yayına təhvil verə biləcəyik. Açılışdan sonra bağça 80 uşağı qəbul edə biləcək".