Təhsil 365 - Logo Mobile

99-dan biri: Nağıla bənzər sevgi

2513.08.2023 - 13:00
99-dan biri: Nağıla bənzər sevgi

Bəzi tədqiqatçılarımızın "Bakının canlı tarixi" adlandırdığı xalq yazıçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabı yenicə çapdan çıxmışdı. İşlədiyim redaksiyanın tapşırığı ilə onunla görüşüb, yeni çıxan əsəri haqqında müsahibə götürməli idim. Görüşdük, söhbətimiz həmişəki kimi çox maraqlı keçdi. Söhbət zamanı Qılman müəllim bütün bu uğurları üçün müəllimlərini xoş duyğularla xatırladı və birdən “Qızım, bilirsən mənə kimlər dərs deyib? Mənim müəllimlərim arasında Avropa təhsili görmüş pedaqoqlar var idi. Allah rəhmət eləsin. Mənə Əjdər bəy və onun xanımı dərs demişdir. Onlar mənim qəlbimdə təhsilə, məktəbə qarşı böyük bir sevgi yaratmışlar”. 

...Cümhuriyyət tələbəsi olan Əjdər bəy və onun xanımı haqqında ilk dəfə o zaman Qılman müəllimdən eşitdim. Qılman müəllimin dediyinə görə, Əjdər bəy yüksək təhsilə yiyələnmək və onu öz xalqının maariflənməsinə sərf etmək üçün, hətta Fransada bir ailədə qulluqçu işləmişdir. 

Kim idi Əjdər bəy?

Dövrünün ziyalı ailəsində dünyaya gələn Əjdər bəyin atası İsgəndər bəy tanınmış vəkil idi. O, Azərbaycan Parlamentində “İttihad” partiyasını təmsil edirdi. Əjdər bəyin anası Züleyxa xanım Bayraməlibəyova görkəmli pedaqoq, publisist Teymur Bayraməlibəyovun qızı idi. Onların bu izdivacdan iki oğlu, üç qızı olmuş, Aslan və Əjdər, Sona, Leyla və Ceyran. Bir faktı da qeyd edim ki, Əjdər bəyin böyük bacısı Sona xanım Axundova o zaman rus dilində nəşr edilən “Kaspi” qəzetində yazıları dərc olunan yeganə azərbaycanlı şairə olub. 

Nağıllara bənzər bir tale yaşayıb, Əjdər bəy. Çox təəssüflər ki, butün nağıllarda olduğundan fərqli olaraq bu “nağıl”ın əvvəli xoşbəxtliklə başlasa da sonu bədbəxtliklə bitir...

Əjdər bəy İsgəndər oğlu Axundovun harada, nə zaman anadan olması faktı ilə nə arxivlərdə rastlaşa bildim, nə də tədqiqat əsərlərində. Hətta araşdırmaçı alim Teyyub Qurbanın “Cümhuriyyət tələbələri” sərlövhəli silsilə məqalələrində də bu haqda heç nə verilməyib. 

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında (iki cilddə I cild -2004) isə digər Cümhuriyyətçi tələbələr kimi Əjdər bəy Axundov haqqında da çox bəsit bir informasiya verilib. Ensiklopediyadan belə bəlli olur ki, Əjdər bəy Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarından əvvəl “Bakı Dövlət Universitetinin tibb fakültəsinin 1-ci kursunda oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, tibb sahəsində təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Təhsil haqqını ödəmək üçün o, Fransanın Dinar kurort şəhərində bir ailədə qulluqçu kimi işləmək məcburiyyətində qalır”.

Əslində Əjdər bəyin nağıla bənzər taleyi də elə qulluqçuluqdan başlayır. Bu, o zaman Parisdə yaşayan Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktubdan aydın olur. Hər sətrində iztirab və təlaş duyulan məktubda Əjdər bəy yazırdı: 

“Möhtərəm Ceyhun bəy!
Mən iyun ayının 1-inədək Parisdə ev sahibinin yanında işləyirdim. Oradakı işim yüngül idi, tab gətirirdim. Amma ev sahibi ailəsi ilə Dinar kurort şəhərindəki öz villalarına köçdülər. Hər gün səhər saat 6-da yuxudan durmalı və süd almaqdan ötrü şəhərin mərkəzinə getməli oluram. Bu isə iki verstyarım yol deməkdir. Səhhətimin ağır olduğunu bildiyinizdən, yəqin ki, nələr çəkdiyimi təsəvvür edirsiniz. Hər gün 9-un yarısında işə başlayıram. 10 otaqlı mənzili yığışdıranacan, Allaha and olsun, ayaqlarım yorğunluqdan və zəiflikdən əsir. Bundan sonra mətbəxtdə kömək etmək lazımdır. Bu isə dəhşətdir...

Belə çirkinliyin içində axşam saat 2-nin yarısına kimi işləməyə məcburam...

Allah xatirinə, bağışlayın. Daha yaza bilmirəm, məni ağlamaq tutur... Qorxuram ki, ağlımı itirəm...
Sizə sədaqətli Əjdər bəy”.

Bu məktubdan bircə gün sonra Əjdər bəyin taleyində möcüzə baş verir. Bu möcüzə haqqında o, illər sonra Bakıda Qılman İlkinə danışıb. Hadisə belə baş verib. “Ev sahibinin Almaniyadan qonaqları gəlir. Almaniyalı qonaqlar ata-ana və ailənin yeganə qız övladı Milen olur. Qonaqlar bir neçə ay burada qalırlar. “Qulluqçunun” ədəb-ərkanı, savadı ilə yanaşı boy-buxunu da Milen xanımın diqqətindən yayınmır. Milen xanım Berlin universitetinin filologiya fakültəsini yenicə bitirib səyahətə çıxıbmış. Lap nağıllardakı kimi, şahzadə xanım bir könüldən min könülə “qulluqçu”ya – Əjdər bəyə vurulur. Qəribədir, qızın ata-anası da bu sevgiyə qarşı çıxmırlar. Əksinə, bu izdivaca xeyir-dua verirlər. (Yeri gəlmişkən, burada şahidi olduğum bir hadisəni bölüşmək istərdim. Çox varlı, tanınmış, vəzifəli bir şəxsin oğlu ortabab, lakin ziyalı, savadlı, tərbiyəli bir ailənin qızı ilə ailə qurmaq istəyir. Oğlanın anası bu xəbəri eşidəndə qəti olaraq etirazın bildirir və oğluna deyir ki, “Sənin atan bu boyda vəzifənin sahibidir. Sən indi onu kimin qapısına aparırsan?! Nəyimə lazımdır o qızın tərbiyəsi! Qoy axmağın biri olsun, amma atasının vəzifəsi, var-dövləti olsun. Desinlər ki, mənim qudam kimdir”). Əjdər bəylə Milen xanımın nikahı kəsilir, çox gözəl toy mərasimi keçirilir. Toyda oğlan adamı bircə Ceyhun bəy Hacıbəyli olur. 

Varlı qaynata gənc ailə üçün əvvəl Dinar şəhərində, sonra isə Parisdə mənzil alır və hər bir şəraiti yaradır. Gənc gəlin Milen Parisdə məktəbdə dərs deyir, Əjdər bəy isə əvvəl Reno avtomobil zavodunda, sonra isə Eyfel qülləsi tikinti-təmir briqadasında işləyir. Milen xanımın həddən ziya mehribanlığı, sadəliyi Əjdər bəyi özünə daha çox cəlb edir. Beləliklə, cütlük xoşbəxt bir ömür sürməyə başlayırlar...”.

1928-ci ildə Əjdər bəy Milen xanımın ata-anasının razılığı ilə ömür-gün yoldaşı ilə birlikdə üz tutur vətənə. Bakıda hər ikisi 18 nömrəli məktəbdə (1929-1961-ci illər də bu məktəb pedaqoji texnikum kimi fəaliyyətdə olub) müəllimlik fəaliyyətinə başlayırlar. 

Böyük, yaraşıqlı villalarda böyüyən, yaşayan Milen xanım Bakıda Əjdər bəyin kiçik bir otaqlı evində də yenə özünü xoşbəxt sanırdı. Əcnəbi gəlinin biş-düşü, sadəliyi, səmimilyi hər kəsi valeh etmişdir. Təmənnadan uzaq olan bu sevgini övladsızlıq məhv edə bilməsə də “iblis” qiyafəli insanlar bunu bacardı. 
       
1941-ci il. İkinci dünya müharibəsi ərəfəsində “SSRİ-də yaşayan bütün almanlar” kimi, Milen xanım da Azərbaycandan sürgün edildi, Əjdər bəy isə cəbhəyə göndərildi. 

Müharibənin son günlərində Əjdər bəy dəhşətli bir xəbər aldı. “1945-ci ildə Milen xanım ata-anası ilə birlikdə hava bombardmanı zamanı həlak olmuşdur”. Bu bir cümlə Əjdər bəyin bütün həyatını, arzularını məhv etdi. “Dirikən” ölüyə çevirdi. Ömrünün son anına qədər Milen xanımın saf sevgisinə xəyanət etmədi. Tək-tənha “yaşadı”. 1963-cü ildə soyuq payız axşamı, yalnız yuxularında birlikdə olduğu xanımının yanına, əbədiyyətə qovuşdu.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Aydan Ələkbərova

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20