Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və müvafiq sektor əməkdaşları Lənkəran rayonundakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüblər.
Tehsil365 "Azərbaycan müəllimi"-nə istinadən xəbər verir ki, görüşdə 2025-ci ildən məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması ilə bağlı vahid menyuya keçidə dair geniş diskussiya aparılıb. Qida təminatı və təhlükəsizliyi, qış mövsümünə hazırlıq, eləcə də aktual məsələlərin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, təhsil müəssisələrinin qış mövsümünə hazırlığı Elm və Təhsil Nazirliyinin, həmçinin yerli təhsili idarəetmə orqanlarının prioritet istiqamətlərindəndir.