Təhsil 365 - Logo Mobile

Bunun nəyi vahid forma olur? - ARAŞDIRMA+FOTO

3513.08.2023 - 15:25
Bunun nəyi vahid forma olur? - ARAŞDIRMA+FOTO

Vahid məktəbli formalarının satışı artıq başlayıb. Hər il olduğu kimi bu dəfə də valideynlər tərəfindən müəyyən narazılıqlar ifadə edilir. Tikiş fabrikləri isə qıtlıq və problem yaşanmayacağını iddia edirlər. 

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Təbii ki, valideynlər övladlarının məktəbə getməsi üçün forma, çanta, dərs ləvazimatı almağı planlayır. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Artıq Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında istehsala və satışa start verilib. 

Qeyd edək ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Hər bir müəssisə mart ayına qədər Pedaqoji Şura təşkil edərək dörd formadan birini məktəbli forması olaraq seçib. 

Eyni zamanda, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma dörd rəngdə nəzərdə tutulub.

Bir milyondan çox şagirdə forma çatacaq?

Nəzərə alsaq ki, ölkəmizdə təxminən bir milyondan çox şagird var, onlar üçün formaların tikilməsi də asan başa gəlmir.

“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, qurum tərəfindən məktəbli formalarının satışı ilə bağlı Bakı şəhərində müxtəlif ərazilərdə məntəqələr yaradılıb:

“Hazırda satışla bağlı paytaxtda 10 məntəqə mövcuddur. Bundan əlavə, Astara, Cəlilabad, Lənkəran, Qəbələ, Qax və İsmayıllıda mağazalarımız fəaliyyət göstərir. Bir neçə günə digər mağazalarda da satış mərkəzi açılacaq. Artıq satışlar başlanılıb”. 

“Bu il problem yaşanmayacaq”

E.Əzimov qeyd edib ki, ötən tədris ili üçün formaların ölçülərinin tapılmaması ilə bağlı yaranan problem bu il yaşanmayacaq:

“Keçən tədris ilində məktəbli formalarının istehsalı ilə bağlı qərar gec verildi və problem yarandı. Forma yun və pambıqdan tikilir. Təbii parçaların istehsalı ilə bağlı plan da bir il əvvəldən verilir. Digər tərəfdən, ötən il istehsalçı tək biz idik. Nəticədə lazımi qədər parça tapa bilmədik və nə bacardıq, onu istehsal etdik. Biz özəl müəssisəyik və başqa öhdəçiliyimiz var. Bu il isə məktəbli forması istehsal edən şirkətlərin sayı artıb, bu, yaxşı haldır”.

E.Əzimov vurğulayıb ki, yeni tədris ili üçün parçalar qış ayında sifariş verilib:

 

“Formanın parçası Türkiyə və Belarusdan gəlir. Artıq xammal gəlib və bütün qışı paltarları tikmişik. Valideynlər ASC-in paytaxtdakı 10 məntəqəsində və regionlardakı satış mərkəzlərimizdən bütün ölçü, rənglərdə olan məktəbli formalarını əldə edə bilərlər.  Əvvəlki illərdə məktəbin açılışına bir neçə gün qalmış valideynlər gəlirdi və sıxlıq olurdu, nəticədə malları çatdırmaq olmurdu. Amma artıq əhali formaları indidən almağa başlayır”.

Sosial ədalət prinsipi

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, şagirdlərin ümumiyyətlə standart formaya ehtiyacı olub-olmaması ilə bağlı fərqli mülahizələr var:

“Məktəbli forması şagirdlərin təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəb hərənin bir cür fərqlənmək istədiyi, maddi vəziyyəti ilə öyünmək, seçilmək yeri deyil. Vahid məktəbli formasının əsas mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, burada sosial ədalətdən danışmaq olmaz. Nəzərə alaq ki, fərqli formalar uşaqlara mənfi təsir göstərir və onlarda əskiklik kompleksi yaradır. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində vahid forma mütləqdir”. 

“Formanın dörd cür olması da doğru deyil”

Nadir İsrafilov əlavə edib ki, 2020-ci ildən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Lakin koronavirus pandemiyası başladı və işlər yarımçıq qaldı. 

Ekspertin sözlərinə görə, formanın dörd cür olması da doğru deyil:

“Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir? Milli Məclisin vahid məktəbli geyimi ilə bağlı “Ümumi təhsil haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Hər ali məktəbin, özəl lisey və gimnaziyaların loqosu olduğu kimi, ayrı-ayrı məktəblərin də fərqlənmə nişanlarını həmin formalarda əks etdirmək olar. Əgər hər məktəb dörd fərqli eskizdən birini seçəcəksə, bunun nəyi vahid forma olur?” 

Ekspertin sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yenidən baxılmalı, “geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur” maddəsi dəyişdirilməlidir. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər.

Bəs qiymətlər neçəyədir?

Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami deyir ki, artıq məktəbli forması üçün müraciət edənlər var:

“Bakıda - Nərimanov, Xətai, Nizami, Yasamal, Binəqədi, Sabunçu rayonlarında və Gəncə şəhərində iki ünvanda müştərilərə xidmət göstəririk”. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15 manata, şalvar və ətək 25 manata, jaketlər isə 30 manata təklif olunur”.

Aydan Ələkbərova

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40