Paytaxtın Nərimanov rayonundakı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib.
BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdrəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak ediblər.
Paytaxtdakı 183 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən görüşdə BŞTİ-nin müdir müavini X.Əhmədzadə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara əməl olunması vəziyyəti, fəaliyyətin müasir tələblərə uyğun təşkili, bağçalar üzrə normativ sənədlərin işlənməsi, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, qida təhlükəsizliyi, davamiyyət, qrupların təşkili normaları barədə danışıb, müvafiq tövsiyələrini verib.
Təhsilalanlarla iş sektorunun müdiri T.Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri B.Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, effektiv kommunikasiya və məktəbəqədər təhsil müəssissələrinin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasının daha səmərəli təşkilinə dair fikirlərini bildiriblər.
Sonra iştirakçıları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.